Bank Of Baku

BMT təmsilçisi Umud Rəhimoğlu ilə görüşüb

BMT təmsilçisi Umud Rəhimoğlu ilə görüşüb
# 24 iyul 2009 15:37 (UTC +04:00)
Bakı – APA. BMT-nin İnkişaf Proqramının qrup rəhbəri Verena Linneveber Azərbaycan prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının sədri, Mətbuat Şurasının sədr müavini və Beynəlxalq Avrasiya Mətbuat Fondunuın rəhbəri (BAMF) Umud Rəhimoğlu ilə görüşüb. BAMF-ın İnformasiya Departamentindən APA-ya verilən məlumata görə, BAMF-ın ofisində keçirilən görüşdə U.Rəhimoğlu əvvəlcə rəhbəri olduğu qurum haqqında qonağa ətraflı məlumat verib.
V.Linneveber KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun və Mətbuat Şurasının mandatı, statusu, əsas fəaliyyət istiqamətləri, ümumilikdə Azərbaycanda çağdaş medianın vəziyyəti ilə maraqlanıb.
Görüşdə BAMF-ın beynəlxalq məsləhətçisi cənab Lütfil Kəbir də iştirak edib.
Qeyd edək ki, V.Linneveber BMT-nin İnkişaf Proqramının Baş Qərargahından sözügedən sənədin hazırlanmasında iştirak etmək üçün Azərbaycana gəlib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR