Azər Həsrət: “Jurnalistikadan getməyim mümkün deyil”
- Jurnalistika elə bir peşədir ki, bu işə başlayan ömrünün sonuna kimi bu peşə ilə məşğul olmaq məcburiyyətində qalır. Mən də ara-sıra yazılar yazıram. Bununla bərabər türk dünyası ilə bağlı xəbərlər yayan internet saytına redaktorluq edirəm. Bu saytda biz daha çox türk dünyasının ayrı-ayrı ölkələrində gedən proseslərlə bağlı xəbərlər yayırıq, o xəbərlərin dili dəyişmir, yalnız latın əlifbasında yayılır. Məqsədimiz türk dillərini, ləhcələrini bir araya gətirmək və bunların yaxınlaşdırılmasına, gələcəkdə ortaq türk dilinin formalaşmasına öz töhfəmizi verməkdir. Mərkəzi qərargahı Türkiyənin Bursa şəhərində yerləşən “Yeddi Dövlət - Bir Millət” Kültür və Dayanışma Dərnəyinin türk cümhuriyyətləri üzrə baş təmsilçisiyəm. Bu dərnək yeni qurulmasına rəğmən türk cümhuriyyətlərində çox geniş işlər planlaşdırır və artıq bu işlərin müəyyən hissəsi görülüb. Dərnəyin məqsədi ondan ibarətdir ki, türk cümhuriyyətləri arasında yaxınlaşmanı, inteqrasiyanı sürətləndirsin və gələcəkdə - əlbəttə ki, dövlətlərimizin siyasətini müəyyən edən şəxslərin məsləhət biləcəyi bir zamanda - Avropa Birliyi tipində dövlətlər birliyinin yaranmasına yardımçı olsun. Təbii ki, bu işlər dərnək və yaxud ictimai təşkilatlar səviyyəsində həll olunacaq məsələ deyil. Sadəcə, biz ictimai rəylə işləyirik, ictimai rəyi buna hazırlayırıq. Hesab edirik ki, günün birində istər Türkiyənin, istər Azərbaycanın prezidentləri bir araya gəlib, belə birliyin yaranmasına qərar vermək fikrinə düşsələr, o zaman ictimai rəy bu məsələni rahat şəkildə qəbul edə bilməlidir. Bəllidir ki, vahid mövqedən çıxış etmək məsələsində Azərbaycanla Türkiyənin problemi yoxdur. Amma Orta Asiyadakı 4 türkdilli dövlət haqqında bunu demək mümkün deyil. Çünki orada bir qədər başqa təsirlər və başqa meyllər var. Bu baxımdan həmin cümhuriyyətlərin Azərbaycan, Türkiyə və Quzey Kıbrısla hansısa birliyə qoşulması indiki dövrdə mümkün görünmür. Amma biz düşünürük ki, gələcəkdə - 10 ildən, 20-30 ildən sonra bu respublikalar arasında yaxınlaşma olacaq və türk cümhuriyyətlərinin hər hansı formada birliyinin qurulması istiqamətində addımlar atılacaq. Bu səbəblə indidən çalışırıq ki, həmin vaxt bu ölkələrdə yaşayan xalqların bir-birinə yaxınlaşması, inteqrasiya məsələlərində problemlər meydana çıxmasın. Dərnək məhz bu istiqamətdə fəaliyyət göstərir. Məqsəd dövlətlərin bütün müstəqil atributlarını saxlamaq şərtilə Avropa Birliyi tipində Türk Dövlətləri Birliyinin yaradılmasına yardımçı olmaqdır.
- Redaktoru olduğunuz sayt xəbər saytıdır, yoxsa ideoloji təbliğat aparmaq məqsədi daşıyır?
- Saytımız (www.yalquzaq.com) sırf xəbər saytıdır. Türk dünyasının müxtəlif yerlərindən gündəlik xəbərlər alırıq və bu xəbərləri uyğur, qazax, qırğız, özbək, türkmən, Azərbaycan, Anadolu, Krım, qaqauz türkcəsində yayımlayırıq. Ən xırda türk toplumlarından da xəbər almağa çalışırıq. Bundan başqa, bizim www.yedidevletbirmillet.com saytımız da var. Bu, artıq dərnəyin saytıdır. Dərnəyin saytında da xəbərlər tərcüməsiz yayılır. Türk dünyasının əksər yerlərində olmuşam, şəxsən mən uyğur türkcəsi ilə Azərbaycan türkcəsi arasındakı yaxınlığı hiss edirəm, yaxud özbəklə Azərbaycan, Krım, Kazan tatarcası arasında yaxınlıq var. Yəni türk dilləri arasında elə bir ciddi fərq yoxdur. Sadəcə, müəyyən zaman lazımdır ki, insanlarımız bu dillərə alışsınlar. Alışdıqdan sonra artıq bir-birimizlə rus, ingilis, yaxud başqa bir dildə ünsiyyət qurmağımıza ehtiyac qalmayacaq.
- Orta Asiya türk dövlətlərində dərnəklə əməkdaşlıq edənlər varmı?
- Bəli. Çox sevindiricidir ki, dərnək qısa müddətdə Orta Asiya respublikaları ilə də əlaqələr qurub. Bir neçə gün əvvəl biz Özbəkistanda nümayəndəmizi müəyyənləşdirdik. Həmin şəxs Özbəkistan üzrə fəaliyyət göstərəcək. Qazaxıstan və Qırğızıstanla da ünsiyyət qurmuşuq, Türkiyədə təhsil alan tələbələr, iş adamları ilə əlaqələr yaradılıb. Türkmənistanın daxili xüsusiyyətləri nəzərə alınır və orada iş qurmaq bir qədər çətin görünür. Amma orada da ciddi problemlə qarşılaşacağımızı düşünmürük. Çünki yenə də qeyd edirəm ki, bizim missiyamız türk cümhuriyyətlərinin inkişafına, inteqrasiyasına, dünyada söz sahibi olmasına xidmət edir. Bu baxımdan da hökumətlərin bizim bu addımlarımıza qarşı çıxacağını düşünmürəm.
- Siz jurnalist təşkilatına da rəhbərlik edirdiniz. Həmin qurum fəaliyyət göstərirmi?
- Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi təşkilatı vardı və o, uzun müddət fəaliyyət göstərdi, beynəlxalq mükafat aldı. Bu təşkilatın məqsədi xüsusən də Orta Asiya ölkələrində söz azadlığının qorunmasına xidmət etmək idi. Amma mən yəqin ki, bu fəaliyyəti bir kənara qoymalı olacağam. Çünki bayaq qeyd etdiyim kimi, biz hökumətləri, prezidentləri, dövlətləri tənqid etmək yolu tuta bilmərik. Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi Orta Asiyadakı hökumətləri qıcıqlandıra biləcək bir təşkilat olduğundan mən bu qurumdan uzaqlaşmaq fikrindəyəm. Əgər uyğun bir nümayəndə tapıb o vəzifəyə təyin edə bilsək, həmin təşkilatdan uzaqlaşacağam. Amma ümumi götürdükdə jurnalistikadan getməyim mümkün deyil. Fəaliyyətim birbaşa jurnalistika ilə bağlıdır və bu sahə elə bir peşədir ki, ayrılmaq mümkünsüzdür. Yəni yazmaq istəyən, fikrini söyləmək istəyən adam mütləq jurnalistika ilə məşğul olmaq məcburiyyətindədir.
- Dərnəyinizə türkdilli ölkələrin dövlət rəsmilərindən qatılanlar varmı?
- Dərnək Türkiyədə rəsmən qeydiyyatdan keçib və hüquqi şəxs kimi fəaliyyətə başlayıb. Dərnək qarşısına məqsəd qoymayıb ki, mütləq rəsmi şəxsləri öz sıralarına cəlb etsin. Mən son iki həftə ərzində Azərbaycanda bir sıra görüşlər keçirmişəm - istər hökumətə yaxın adamlar, istərsə də müstəqil şəxslərlə. Onlar bizim ideyamız dəstəkləyir. Türkiyədə dərnəyin üzvləri hökumət nümayəndələri və parlamentdə təmsil olunan partiyaların rəhbərləri ilə görüşlər keçirir. Bu görüşlər də müsbət nəticə verir və hər kəs məqsədimizi dəstəkləyir.
Media
Lent.az-ın 18 yaşı tamam olur
Azərbaycan, Serbiya və Türkiyə arasında media sahəsi üzrə təcrübə mübadiləsi keçirilib
MEDİA: Bəzi saytlarda DİM-in məlumatları şişirdilmiş başlıqlarla verilib, bu, qəbuledilməzdir
Jurnalist vəsiqəsinin verilməsinə və dəyişdirilməsinə görə ödəniş ləğv edilir
Xəbər Lenti
Aİ Rusiyaya qarşı iqtisadi sanksiyaları bir il uzadıb
Macarıstan Ukraynanın Aİ-yə üzvlük danışıqlarının sürətləndirilməsinə qarşı çıxıb
Mehriban Əliyeva Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edib
Adı Yunus Emre, yolu isə "Feto yolu": CHP-li deputatın AŞPA sərgüzəştləri
Rusiya Kiyevə ballistik raketlərlə zərbə endirib
Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 108 il ötür
ABŞ və Körfəz ölkələri Livan-İsrail danışıqlarını dəstəkləyib
Bakının Abbasqulu ağa Bakıxanov küçəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Dünya Bankı Ukraynaya 3,4 milyard dollar ayıracaq
Venesuelada zəlzələ qurbanlarının sayı 188-ə çatıb, 1 520 yaralı var - VİDEO - YENİLƏNİB-2
Prezidentin sosial media hesablarında Silahlı Qüvvələr Günü ilə bağlı videoçarx paylaşılıb
İsrail Prezidentini daşıyan helikopter quş sürüsü ilə toqquşub
Rubio: Ərəb ölkələri İrandan kompensasiya tələb edir
ABŞ və Körfəz ölkələri Hörmüz boğazında rüsum tətbiqini rədd edib
Prezidentin sosial media hesablarında Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edilib
Azərbaycandan Ermənistana 18 vaqon benzin və 8 vaqon dizel yanacağı göndəriləcək
Zelenski Rusiyaya qarşı 40 günlük xüsusi əməliyyatı təsdiqləyib
MÜTDA: 22 mindən çox müəllim sertifikatlaşdırma imtahanında iştirak edib
Azərbaycan və Niderland XİN-ləri arasında konsulluq sahəsi üzrə müzakirələr keçirilib - FOTO
Prezident İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov arasında telefon danışığı baş tutub
Şmıqal: Ukraynanın Bərpası Konfransında 1 milyard avrodan çox məbləğdə enerji müqavilələri imzalanacaq
Leyla Əliyeva Vatikan Apostol Kitabxanası və Apostol Arxivinin rəhbəri ilə görüşüb
DÇ-2026: F qrupunda son tura start verilir
Ziya Öztürkler Azərbaycanın ŞKTC-yə dəstəyini yüksək qiymətləndirib
Apple “VKontakte” tətbiqlərinin App Store-dan silinməsini sanksiyalarla izah edib
Ermənistan parlamentinin sədri dəyişir
Moskva vilayətində raket hücumu xəbərdarlığı elan edilib - YENİLƏNİB
Hikmət Hacıyev Baş katibin xüsusi nümayəndəsi ilə Azərbaycan–NATO tərəfdaşlığını müzakirə edib
Ermənistan Prokurorluğu Tsarukyanın cinayət məsuliyyətinə cəlb olunmasını istəyir
Venesuela XİN rəhbəri zəlzələ ilə bağlı həmrəyliyə görə Azərbaycana təşəkkür edib
Rubio: Alyaskada ABŞ və Rusiya arasında heç bir razılaşma olmayıb
Azərbaycan və Qazaxıstan elektron icazə sisteminə tam keçid barədə razılıq əldə edib
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
Ədliyyə naziri Balakəndə vətəndaşları qəbul edəcək
Azərbaycan hərbçiləri Konyada “Anadolu Qartalı - 2026” beynəlxalq təlimində iştirak edir - VİDEO
Üfüqi monitorinqlə bağlı vergi risklərinə nəzarət qaydaları təsdiqlənib
Sahibkarlıq subyektlərinə dəstək göstərilməsinin qiymətləndirilməsi qaydaları müəyyənləşib
Bakı, Xankəndi, Şuşa və daha beş şəhərdə hərbi yürüş keçiriləcək
DYP sabah Bakıda 5 istiqamətdə keçiriləcək hərbi yürüşlə bağlı müraciət edib
XİN: Ermənistanla sülh prosesinin yekunlaşdırılması üçün mövcud imkanlardan istifadə edilməlidir
Sabirabadda yol qəzası olub, ölən və xəsarət alanlar var - FOTO
FHN-in strukturlarında Silahlı Qüvvələr Günü münasibətilə tədbirlər keçirilib
ABŞ dövlət katibi: İsrail və Livan razılaşmaya yaxındır
TƏBİB media ilə açıq dialoq formatında görüş keçirib
Lukaşenko bu yaxınlarda Zelenskinin nümayəndələri ilə görüşdüyünü bildirib
Rubio: İranın regiondakı proksilərinə dəstəyi memorandum üzrə danışıqlarda müzakirə olunmalıdır
Həftəsonu hava qeyri-sabit keçəcək, leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Rusiya Rumıniyanın Sankt-Peterburqdakı Baş konsulluğunu bağlayır
Azərbaycan–Ukrayna əməkdaşlığının mövcud gündəliyi müzakirə edilib
Şimon Peres Mərkəzində Azərbaycan–İsrail innovasiya dialoqu keçirilib - FOTO