Bank Of Baku

Filippində daha bir jurnalist öldürülüb

Filippində daha bir jurnalist öldürülüb
# 30 iyul 2009 13:15 (UTC +04:00)
Bakı-APA. Filippində jurnalist öldürülüb. APA-nın xəbərinə görə, bu barədə Beynəlxalq Mətbuat İnstitutundan (BMİ) Beynəlxalq Avrasiya Mətbuat Fonduna (BAMF) məlumat verilib. Məlumata görə, hadisə iyulun 27-də Filippinin Barobo şəhərində baş verib. Naməlum silahlı şəxs tərəfindən radio jurnalist Qodofredo Linao güllələnərək qətlə yetirilib. Bununla da Filippində bu il öldürülmüş jurnalistlərin sayı dördə çatıb. 2010-cu ildəki seçkilərdə namizədliyini irəli sürməyə hazırlaşan Q.Linao Bisliq şəhərinin Nitin radiosunda həftəlik verilişin müəllifi olub. Proqramda yerli hökumətin korrupsiya hallarına daha çox diqqət yetirilib.
BMİ direktoru Devid Dədc bu qətllərdən təəssüfləndiyini bildirib: “Biz Fillipin hökumətini bu dəhşətli qətllərə görə cavabdehlik daşıyanları ədalət qarşısına çıxarmaq üçün lazımi addım atmağa çağırırıq. Prezident Arroyo hökuməti ölkədəki rüsvayçı cəzasızlıq mühitini aradan qaldırmalı və jurnalistlərin azad fəaliyyətini təmin etməlidir”.
Qeyd edək ki, bu qətl Filipppində son zamanlar bir-birinin ardınca baş vermiş jurnalist qətllərinin davamıdır. İyunun 9-da digər radiojurnalist Krispin Perez San Xose şəhərində, iyunun 12-də köşə yazarı Antonio Kastillo Uson şəhərində, iyunun 24-də isə DXFM radiostansiyasının sahibi Conatan Petalvero Bayuqan şəhərində naməlum şəxslər tərəfindən öldürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR