Bank Of Baku

Daha bir jurnalist qətlə yetirilib

Daha bir jurnalist qətlə yetirilib
# 31 iyul 2009 12:22 (UTC +04:00)
Bakı - APA. Meksikanın Akapulko şəhəri yaxınlığında işgəncəylə öldürülmüş radiojurnalist Martinez Gilin cəsədi tapılıb. Radioda canlı axşam xəbərlərinin müəllifi olan təcrübəli jurnalist M.Gil iyulun 27-də qətlə yetirilib. Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) İnformasiya Departamentindən APA-ya verilən məlumata görə, bu barədə Beynəlxalq Mətbuat İnstitutundan (BMİ) bildirilib. Son vaxtlar bir-birinin ardınca baş verən jurnalist qətllərindən narahat olan BMİ-nin direktoru Devid Dedc Meksika hakimiyyətini bu sarsıdıcı qətlləri dayandırmaq, cinayətkarların cəzalandırılması üçün dərhal fəaliyyətə keçməyə çağırıb.

Qeyd edək ki, bu ilin mayında Meksikada qəzet müxbiri Karlos Orteqa Samper naməlum silahlı şəxslər tərəfindən evinin yaxınlığında öldürülüb, digər qəzet müxbiri Eliseo Barron Hernandezin cəsədi Torreon şəhərindəki xəndəkdən tapılıb. İyun ayında isə Kampeçedəki cəmiyyətin müxbiri Lolo Palmer bıçaqla qətlə yetirilib. Meksikada 2007-ci ilin yanvarında itkin düşən müxbir Rinkon Tarakenanın da öldürüldüyü güman olunur.

Xatırladaq ki, iyulun 28-də isə Belqradda çıxan həftəlik “Vreme” qəzetində çalışan jurnalist Miloş Vasikin ünvanına göndərilən məktubda isə qəzetçi ölümlə hədələnib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR