Bank Of Baku

Azərbaycan Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun elan etdiyi müsabiqəyə layihə qəbulu bu gün başa çatır

Azərbaycan Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun elan etdiyi müsabiqəyə layihə qəbulu bu gün başa çatır
# 31 iyul 2009 12:32 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun elan etdiyi müsabiqəyə layihə qəbulu bu gün başa çatır. Bu barədə APA-ya açıqlamasında Fondun icraçı direktoru Vüqar Səfərov məlumat verib.

Onun sözlərinə görə, müsabiqəyə layihələrin qəbulu bu gün saat 18.00-da dayandırılacaq. V. Səfərov elan edilən müsabiqəyə 100-dək layihənin təqdim edildiyini bildirib: “Bu gün üzdə olan mətbuat orqanlarının demək olar ki, əksəriyyəti hazırladıqları layihələri Fonda təqdim edib. Yaxın müddətdə layihələrə baxılacaq və qiymətləndiriləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR