Bank Of Baku

Azərbaycan Prezidenti yayında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun elan etdiyi müsabiqəyə təqdim olunmuş layihələrin sayı açıqlanıb

Azərbaycan Prezidenti yayında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun elan etdiyi müsabiqəyə təqdim olunmuş layihələrin sayı açıqlanıb
# 31 iyul 2009 16:14 (UTC +04:00)
Fondun icra direktoru Vüqar Səfərli APA-ya bildirib ki, müsabiqəyə 109 layihə təqdim olunub. Layihələri mətbuat orqanları, jurnalist təşkilatları və informasiya agentlikləri təqdim edib: “Bu gün saat 18.00-da layihələrin qəbulu dayandırılıb. Əslində, layihələrin qəbulu 16.00-da dayandırılmalı idi. Lakin axırıncı gün olduğundan göndərilən bütün layihələri qəbul etdik”.

V. Səfərli deyib ki, hələlik layihələrin nə qədərinin hansı qurumlar tərəfindən təqdim olunduğu araşdırılmayıb. Layihələr tam araşdırılandan sonra gələn həftənin ortalarında ekspertlərə təqdim olunacaq. Artıq Fond layihələri araşdıracaq ekspertləri müəyyənləşdirib və onlarla müqavilələr bağlayıb. Avqust ayı ərzində layihələr qiymətləndirilərək fonda təqdim olunacaq: “Hesab edirik ki, sentyabrın 1-də müsabiqənin qalibləri elan edə və onlarla ilk müqavilələrimizi bağlaya biləcəyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR