Bank Of Baku

KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu mediaya ayrılmış birdəfəlik yardımın redaksiyalara çatdırılmasını başa çatdırıb

KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu mediaya ayrılmış birdəfəlik yardımın redaksiyalara çatdırılmasını başa çatdırıb
# 05 avqust 2009 10:15 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu 22 İyul - Mətbuat Günü münasibətilə bir qrup KİV-ə ayrılmış birdəfəlik maliyyə yardımının redaksiyalara çatdırılması ilə bağlı işləri artıq başa çatdırıb. Bu barədə APA-ya Fondunun icraçı direktoru Vüqar Səfərov məlumat verib. O, yardım alacaq 39 mətbu orqanın hər birinin hesabına 10 min manat məbləğində pulun köçürüldüyünü bildirib: “Bu proses üç mərhələdə həyata keçirildi. Maliyyə yardımı alacaq bütün təşkilatlara ayrılmış olan vəsaitinin həmin təşkilatların hesabına köçürülməsi prosesi artıq yekunlaşıb. Yəqin ki onların hamısı bu həftə ərzində yardımı ala biləcəklər”.

Qeyd edək ki, 22 İyul - Mətbuat Günü münasibətilə Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ölkədə fəaliyyət göstərən 39 mətbu orqana 10 min manat məbləğində birdəfəlik maliyyə yardımı ayırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR