Azərbaycan KİV-lərinin əksəriyyətində işçilər məzuniyyətə çıxmayıblar - SORĞU
APA-nın redaktoru Məhbubə Qasımbəyli bildirib ki, agentliyin əməkdaşları növbəlilik sistemi ilə istirahətə gedirlər: “Agentlik yay fəsli ilə bağlı iş rejimində heç bir dəyişiklik etməyib. Ümumiyyətlə, yay fəsli ilə bağlı iş rejimində fasilə yaranması praktikasına dünya mediasında da o qədər çox rast gəlinmir. Bizim əməkdaşlar ildə bir dəfə öz məzuniyyət haqlarından istifadə edirlər. Təbii ki, çoxluq yay aylarında məzuniyyətə çıxmaq istəyir. Bu da həm əməkdaşların arzusu nəzərə alınmaqla, həm də iş prosesinə mane olmamaq şərtilə növbəlilik sistemi ilə həyata keçirilir”.
Redaktor bildirib ki, agentlik əməkdaşlarına 21 iş günü məzuniyyət haqqı ödənilməklə istirahət etmək imkanı yaradılır.
“Media forum” portalı isə öz fəaliyyətini 21 günlük dayandırıb. Portalın əməkdaşları avqustun 3-dən tətilə çıxıblar. Bu müddətdə portal fəaliyyətini tam olaraq dayandırıb və sayt yenilənmir.
“musavat.com” saytının redaktoru və “Yeni Müsavat” qəzetinin əməkdaşı Xalid Kazımlı bildirir ki, qəzetin və portalın əməkdaşları hissə-hissə istirahət edirlər: “Amma ümumilikdə tətil elan olunmayacaq. Rotasiya qaydası ilə hamı istirahət edəcək. Hazırda bir neçə əməkdaşımız istirahətdədir”.
“Ekspress” qəzetinin redaktoru Qalib İbrahimoğlu qəzetin tətil elan etməyəcəyini və məzuniyyətin olmayacağını deyib: “Amma əməkdaşlar istəsələr istirahətə gedə bilərlər. Biz bunu redaksiyada elan etmişik. Amma hazırda heç kim istirahətə getməyib, kollektiv iş başındadır”.
“Səs” İnformasiya Agentliyinin baş direktorunun birinci müavini Elşad Hacıyev agentliyin əməkdaşlarına yay istirahətlərini keçirmək üçün imkan yaradıldığını bildirib. Onun sözlərinə görə, ümumi tətil elan olunmasa da, əməkdaşlar növbəli olaraq istirahət edirlər: “Əməkdaşlar hissə-hissə məzuniyyətə gedir, hazırda bir hissəsi məzuniyyətdədir. Onlar redaksiyanın hesabına məzuniyyətə çıxıblar”.
“Azadlıq” qəzetinin direktoru Azər Əhmədov isə nə tətilin, nə də məzuniyyətin olacağını deyib: ““Azadlıq” qəzeti 20 ildir nəşr olunur, bu müddətdə heç vaxt tətil və məzuniyyət olmayıb. Çünki kollektiv çox azdır və kimsə məzuniyyətə gedirsə, onun sahəsində boşluq yaranır. Amma bəzi hallarda vacib işlər olduqda o zaman qısa məzuniyyətə gedən şəxsin cavabdeh olduğu sahəyə digər əməkdaş nəzarət edir”.
“Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev yay fəsli ilə bağlı yalnız 6 günlük iş rejimindən 5 günlük iş rejiminə keçdiklərini deyir: “Hazırda qəzet həftədə 5 dəfə nəşr olunur. Bununla biz istirahət günlərimizin sayını 1 gün artırdıq. Amma hər hansı tətil elan olunmayacaq. Çünki qəzet bir neçə gün fəaliyyətini dayandırdıqda oxucu itirir və oxucuları yenidən toplamaq üçün vaxt lazım gəlir”.
“Olaylar” İnformasiya Agentliyinin baş direktoru Yunus Oğuzun sözlərinə görə isə onlar hər il yay fəslində tətil elan edirlər. Bu il də iyulun 23-dən avqustun 3-nə qədər tətil elan edilib: “Bu müddətdə redaksiyanın fəaliyyəti tam dayandı. Biz ildə iki dəfə belə tətil edirik”. Y. Oğuz bildirib ki, tətil redaksiya əməkdaşlarının maaşlarına təsir etmir.
Lent.az portalının əməkdaşları da məzuniyyət haqlarından istifadə edirlər. Portalın baş redaktoru Qabil Abbasoğlunun bildirdiyinə görə, kollektiv kiçik olduğu üçün əməkdaşlar məzuniyyət haqlarından üç mərhələdə istifadə edirlər. Artıq özü məzuniyyətdən qayıdan baş redaktor portal əməkdaşlarının 21 iş gün haqqı ödənilməklə məzuniyyətdə olduqlarını söyləyib.
“Yeni Azərbaycan” qəzetinin əməkdaşları da növbə ilə yay istirahətinə başlayıblar. Qəzetin baş redaktoru Hikmət Babaoğlu APA-ya bildirib ki, artıq qəzetin əməkdaşlarının bir hissəsi istirahəti başa vurub və hazırda digər qrup istirahətdədir: “Bu prosesi elə həyata keçirməyə çalışırıq ki, əmək ritmimizə təsir göstərməsin, qəzet normal olaraq öz fəaliyyətini davam etdirsin”.
“Bizim yol” qəzetinin baş redaktoru Bahəddin Həziyev də növbəli prinsiplə əməkdaşlara bir həftəlik istirahət verdiyini bildirir: “Ümumi tətil etmək fikrimiz yoxdur. Hazırda qəzetin əməkdaşlarının bir hissəsi istirahətdədir”.
Media
“IV Divar” serialı bu gündən etibarən AzTV-də! - VİDEO
MEDİA: “Nexta” kanalı Goranboyda baş vermiş yanğınla bağlı ictimai rəyi çaşdırmağa yönəlmiş məlumat yayıb
Azərbaycanlı jurnalistlər i24NEWS telekanalının redaksiyasını ziyarət ediblər - FOTO
Akko meri Albert Aqarunovun xatirəsinin əbədiləşdirilməsi haqqında sertifikatı qardaşına təqdim edib - FOTO
Xəbər Lenti
Hakan Fidan Səudiyyə Ərəbistanının XİN rəhbəri ilə bölgədəki vəziyyəti müzakirə edib
Putin: Avropa qoşunlarının Ukraynaya yerləşdirilməsi Rusiya ilə müharibə deməkdir
Səudiyyə Ərəbistanında hücumlardan sonra "Şərq-Qərb" neft kəmərinin işi dayandırılıb
"Beşiktaş" öz meydanında "Erzurumspor"u darmadağın edib
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
Husilər Səudiyyə Ərəbistanının hücumları nəticəsində 44 dinc sakinin öldüyünü açıqlayıb
ABŞ Nümayəndələr Palatasında Rusiyaya qarşı yeni sanksiyalar layihəsi səsverməyə çıxarılacaq
Britaniya kəşfiyyatı: Ukrayna müharibəsində 500 minə yaxın Rusiya hərbçisi ölüb
“Fənərbaxça” İsmail Kartalın komandanın baş məşqçisi postunda qaldığını açıqlayıb
Avropa Komissiyası Ukraynaya “Patriot” raketləri və PUA-lar üçün 6,1 milyard avro ayırıb
Rusiyada yol qəzası nəticəsində 12 nəfər ölüb
Misir Prezidenti Yaxın Şərqdə vəziyyətin sabitləşəcəyinə ümid edir
Yəmən ordusu Moha yaxınlığında husilərin mövqelərinə kütləvi hava zərbələri endirir
İsrail Qəzzada HAMAS-ın iki komandirini öldürdüyünü açıqlayıb
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb
Şuşada Meksikanın Müstəqillik Günü qeyd olunub - FOTO - VİDEO
Rusiyanın Dneprə hücumu nəticəsində 12 nəfər yaralanıb
Husilər Səudiyyə Ərəbistanının 9 hərbi təyyarəsini vurduqlarını iddia edirlər
“Sea Breeze 2026”nın ilk oyununda qalib bəlli olub
“Sea Breeze 2026”: Təmsilçimiz turnirə qələbə ilə başladı - YENİLƏNİB
Gürcüstanda vətənə xəyanətdə ittiham olunan müxalifət lideri saxlanılıb
“Neftçi” “İmişli”ni məğlub edib
Səfirlik: ABŞ-ın qlobal terrorizmə qarşı birgə mübarizəsinə verdiyi töhfələrə görə Azərbaycana minnətdarıq
Diplomatik korpusun nümayəndələri Şuşa şəhərində yaşayış komplekslərini ziyarət ediblər - FOTO
Husilər Yəməndə Qırmızı dənizin sahillərini tam nəzarətə götürüblər
Omanda Körfəz ölkələrinin iştirakı ilə regional toplantı keçiriləcək
Xarici diplomatlar Şuşa qala divarlarını ziyarət ediblər - FOTO
Dövlət şirkətlərinin bazardakı rəqabət prisnsiplərinə uyğunluğu qiymətləndiriləcək
Qırmızı qəsəbədə Roş ha-Şana bayramı qeyd olunur - FOTO
İsmail Kartalın istefası qəbul edilib
Xarici diplomatlar Şuşada Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin güllələnmiş büstlərini ziyarət ediblər - FOTO
FHN-in qurumları arasında səmti müəyyənetmə üzrə çempionata yekun vurulub
Azərbaycanda “rəqabət xəritəsi” hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
Xarici diplomatlar Şuşada “Sadıqcanın evi”ni ziyarət ediblər - FOTO
MM komitə sədri: Çox zaman müəllimlər qız uşaqlarına deyir ki, nə üçün oxuyursan, tez ərə getməlisən
Xankəndidə regional məşğulluq ekosisteminin qurulması məsələləri müzakirə olunub
BMTMM-nin sədrinə 3 müavin təyin edilib - EKSKLÜZİV
M9 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır
Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair Milli Fəaliyyət Planı təsdiq edilib
Fərid Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin sədri təyin edilib
TPAO: “Şahdəniz” Türkiyə və Avropanın qaz təhlükəsizliyinə mühüm töhfə verir
Diplomatik korpusun nümayəndələri Yuxarı Gövhər Ağa məscidini ziyarət ediblər - FOTO
Xarici diplomatlar Cıdır düzündə olub - VİDEO
Leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
Əhalinin yanacaq xərcləri bu il 4%-dən çox artıb
2026-2027-ci il tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib
Baş prokuror Kamran Əliyev Qazaxıstana səfər edib
Xarici diplomatlar Şuşada tikilməkdə olan Yeni Şuşa məscidi ilə tanış olublar - FOTO
Obyekt almaq istəyənlər üçün Bakıda yeni seçimlər – hansı ərazilərdə?