Bank Of Baku

“Yeni Müsavat” qəzetinin redaksiyasının yerləşdiyi binanın su və kanalizasiya sistemi ilə bağlı problem yaranıb

“Yeni Müsavat” qəzetinin redaksiyasının yerləşdiyi binanın su və kanalizasiya sistemi ilə bağlı problem yaranıb
# 08 avqust 2009 10:40 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Yeni Müsavat” qəzetinin redaksiyasının yerləşdiyi Bakının Nizami rayonu Rüstəm Rüstəmov küçəsi 2528-ci məhəllə ünvanındakı 12 mərtəbəli binanın su xətti və kanalizasiya sistemi ilə bağlı problem yaranıb.Bu barədə APA-ya qəzetin redaktoru Azər Ayxan məlumat verib. Onun sözlərinə görə, avqustun 7-dən rayonun Mənzil Kommunal Təsərrüfat Birliyinin işçiləri əraziyə gələrək, su xəttinin, kanalizasiya sisteminin qanunsuz olaraq birləşdirildiyini deyiblər: “ Kanalizasiya xətti olan ümumi qovşaq isə binanın ümumi girişi olan pilləkənin altındadır və o pilləkən dağıdılsa, o zaman binaya giriş mümkün olmayacaq”. A. Ayxan bildirib ki, onlar MKTB işçilərinin ilə danışıqlar aparıblar və sənədləşməni həyata keçirməyi təklif ediblər: “Uzun mübahisələrdən sonra bina rəhbərliyinə avqustun 10-na kimi vaxt verdilər”.

Nizami rayon icra başçısının birinci müavini Ərrəhman Həsənov isə APA-ya açıqlamasında bildirib ki, Rüstəm Rüstəmov küçəsi 2528-ci məhəllə ünvanındakı bina sənədləşməyib: “Dövlət komissiyası həmin binanı qəbul etməyib, amma binada yaşayışa, fəaliyyət göstərilməyə imkan yaradılıb”.

Ə. Həsənov məsələnin qanuna uyğun olaraq həll ediləcəyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR