Bank Of Baku

KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun Ekspertlər Şurasının tərkibi açıqlanmır

KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun Ekspertlər Şurasının tərkibi açıqlanmır
# 10 avqust 2009 08:27 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna daxil olan layihələrin qiymətləndirilməsi avqustun sonuna kimi davam edəcək. Bu barədə APA-ya fondun rəhbəri Vüqar Səfərli məlumat verib.
V.Səfərlinin sözlərinə görə, hazırda fonda daxil olan layihələr qurumun Ekspertlər Şurasında qiymətləndirmə mərhələsindədir. O, müvafiq balları toplayan layihələrin maliyyəşəcəyini bildirib: “Müsabiqədə qalib gələn layihələr sentyabrdan maliyyəşəcək. Maliyyələşmə iki mərhələdə həyata keçiriləcək. Layihənin birinci iki aylıq mərhələsi başa çatdıqdan sonra onu həyata keçirən təşkilatlar aralıq hesabatı təqdim etməlidirlər, bundan sonra isə maliyyənin digər hissəsi ödəniləcək”.
V.Səfərli fondun Ekspertlər Şurasının tərkibinin sirr saxlandığını qeyd edib və burada mütəxəssislərin təmsil olunduğunu vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR