Bank Of Baku

Beynəlxalq Münasibətlər üzrə Qafqaz Jurnalı dünyanın aparıcı elmi resurslarından birinə qəbul edilib

Beynəlxalq Münasibətlər üzrə Qafqaz Jurnalı dünyanın aparıcı elmi resurslarından birinə qəbul edilib
# 14 avqust 2009 09:46 (UTC +04:00)
Bakı-APA. Almaniyada Azərbaycan ekspertləri tərəfindən yaradılmış Beynəlxalq Münasibətlər üzrə Qafqaz Jurnalı (Caucasian Review of International Affairs – CRIA) ABŞ-ın Kolumbiya Universitetinin beynəlxalq münasibətlər üzrə elektron elmi resursuna (Columbia International Affairs Online (CIAO)) qəbul edilib. Sözügedən resurs beynəlxalq münasibətlər sahəsində nəzəriyyə və araşdırmalar üzrə dünyada ən böyük və nüfuzlu mənbə hesab edilir. Jurnalın baş redaktoru Nəsimi Ağayevin APA-ya verdiyi məlumata görə, bununla, CRIA öz məqalələrini böyük sayda araşdırmaçılara və mütəxəssislərə təqdim etmək imkanı qazanıb: “Nyu-Yorkda yerləşən Kolumbiya Universiteti Nəşriyyatı tərəfindən idarə olunan CIAO beynəlxalq münasibətlər üzrə ixtisaslaşan yalnız 77 seçilmiş elmi jurnalı əhatə edir. Bunların arasında Foreign Affairs, Foreign Policy, World Affairs, International Security kimi nüfuzlu nəşrləri qeyd etmək olar. Bu resursda CRIA bütün Qafqaz regionunu təmsil edən yeganə jurnal, keçmiş SSRİ məkanından isə iki elmi jurnaldan biridir”.
Onun sözlərinə görə, Frankfurt-am-Mayn şəhərində mənzillənən jurnal indiyə kimi dünyanın bir sıra universitetlərinin kitabxana kataloqlarına daxil edilib. Bu sırada Harvard, Prinston, Oksford, Kembric, Stanford, Kolumbiya, Cons Hopkins, Corctaun, Toronto, Azad Berlin, Hamburq, Vyana, Münhen kimi universitetlərin adını çəkmək olar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR