Bank Of Baku

Əflatun Amaşov: “İstərdik ki, reaksiyalar görülən işlərə adekvat olsun”

Əflatun Amaşov: “İstərdik ki, reaksiyalar görülən işlərə adekvat olsun”
# 02 sentyabr 2009 16:45 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “Düşünürəm ki, indiki vaxtda əsas məsələ prosesə başlamaq idi və artıq buna start verilib. Bu sayaq proseslərin narazılıq olmadan ötüşdüyü yadıma gəlmir. Hər halda narazılıq bildirərkən bir şeyi unutmaq olmaz ki, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun layihə müsabiqəsi təkcə bununla məhdudlaşmır. Qarşıdakı müddətdə fondun Nizamnamə tələblərindən, həmçinin konsepsiyadan irəli gələn daha böyük işlər görüləcək. Bu barədə indidən düşünməliyik”. Bunu APA-ya açıqlamasında Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib. Fondun elan etdiyi layihə müsabiqəsinin nəticələri ilə bağlı yaranmış narazılıqlara münasibət bildirən Ə. Amaşovun sözlərinə görə, belə bir müsabiqənin təşkili, ümumiyyətlə fondun formalaşması Azərbaycan dövlətinin mətbuata sistemli və ardıcıl dəstək göstərmək istəyindən, xoş məramından irəli gələn uzunmüddətli strategiyadır: “İstər KİV-in inkişafına dövlət dəstəyi konsepsiyası layihəsinin işlənilməsi, istərsə də qurumun Nizamnaməsinin hazırlanması Mətbuat Şurasında uzun və gərgin müzakirələrlə müşayiət olunub. Buna görə də şura son olayları çox həssaslıqla izləyir. İstərdik ki, hazırkı reaksiyalar görülən işlərə adekvat olsun. Düşünürəm ki, fəaliyyətinin başlanğıc anında fond üzərinə düşən missiyanı yerinə yetirə bilib. Media orqanları və təşkilatları layihələrini təqdim ediblər və qurum onları dəyərləndirib. Nöqsan və çatışmazlıqların mövcudluğu təbiidir. Bununla bağlı iddialarda subyektivliyin qabarıq şəkil almasını da təbii sayıram. Əsas məsələ müxtəlif düşərgələrə məxsus media qurumlarının layihələrinin nəzərə alınmasındadır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR