Bank Of Baku

Azərbaycanda dövlət qurumlarının verdiyi reklam və elanların media orqanları arasında bölünməsini tənzimləyəcək xüsusi qurum yaradılacaq

Azərbaycanda dövlət qurumlarının verdiyi reklam və elanların media orqanları arasında bölünməsini tənzimləyəcək xüsusi qurum yaradılacaq
# 04 sentyabr 2009 14:10 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev-APA. Yaxın vaxtlarda Azərbaycanda dövlət qurumlarının verdiyi reklam və elanların media orqanları arasında bölünməsini tənzimləyəcək xüsusi qurum yaradılacaq. Bu barədə APA-ya açıqlamasında Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib. Şura sədri Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun ardınca mətbuat sahəsində belə bir qurumun yaradılmasının mühüm əhəmiyyət kəsb edəcəyini deyib. Onun sözlərinə görə, hazırda Mətbuat Şurasında rəsmi qurumların verdiyi reklam və elanların media orqanları arasında bölünməsi ilə bağlı xüsusi qurumun əsasnaməsi üzərində ciddi iş gedir və bu ilin sonuna kimi sənəd hazırlanaraq dövlət başçısına təqdim ediləcək: “Dövlət başçısı belə bir qurumun yaradılması ilə bağlı sərəncam imzalayacaq. Bu, mətbuatın inkişafına böyük bir təkan olacaq. Mətbuat sahəsində belə qurumlar dünyanın bir çox ölkələrində fəaliyyət göstərir. Belə bir qurumun yaradılması ölkədə reklam bazarının inkişafına də kömək edəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR