Bank Of Baku

KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun elan etdiyi müsabiqənin nəticələrindən verilmiş apellyasiya şikayətlərinə gələn həftə baxılacaq

KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun elan etdiyi müsabiqənin nəticələrindən verilmiş apellyasiya şikayətlərinə gələn həftə baxılacaq
# 05 sentyabr 2009 08:34 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev-APA. Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun elan etdiyi müsabiqənin nəticələrindən apelyasiya şikayətinin verilməsi üçün ayrılan vaxt bu gün başa çatır. Bu barədə APA-ya sözügedən fondun Müşahidə Şurasının sədri Umud Rəhimoğlu məlumat verib. O deyib ki, müsabiqənin nəticəsindən narazı qalan bir neçə qəzet və təşkilat apelyasiya şikayəti verib. Apelyasiya şikayəti verənlər arasında “Reytinq”, “Xural”, “Türküstan” qəzetləri, Müstəqil İnformasiya Agentliyi, “Əks-Səda” Jurnalist Tədqiqatları İctimai Birliyi və digər mətbuat orqanları var. Müşahidə Şurasının sədrinin sözlərinə görə, apelyasiya şikayətlərinə gələn həftə baxılacaq: “Biz artıq müəyyən şikayətlərlə tanışıq. Bəzi mətbuat orqanlarının təqdim etdiyi layihələr müsabiqənin qaydalarına zidd olub. Ancaq hər şey aparılan araşdırmanın nəticəsindən asılı olacaq. İndidən konkret bir söz söyləmək mümkün deyil”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR