Bank Of Baku

KİV-ə Dövlət Dəstəyi Fondunun elan etdiyi müsabiqədə qalib gələn mətbuat orqanları layihələrinə ayrılan vəsaiti yaxın günlərdə alacaqlar

KİV-ə Dövlət Dəstəyi Fondunun elan etdiyi müsabiqədə qalib gələn mətbuat orqanları layihələrinə ayrılan vəsaiti yaxın günlərdə alacaqlar
# 05 sentyabr 2009 08:53 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev – APA. Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun elan etdiyi müsabiqədə qalib gələn mətbuat orqanları yaxın günlərdə onların layihələrinə ayrılan vəsaiti ala biləcəklər. Bu barədə APA-ya Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının sədri Umud Rəhimoğlu məlumat verib. Onun sözlərinə görə, müsabiqədə qalib gələn layihələrə ayrılan vəsait hissə-hissə olmaqla iki dəfəyə köçürüləcək: “Artıq müsabiqədə qalib gələn qəzetlər və digər təşkilatlar öz layihələrinin icrasına başlaya bilərlər”.

U. Rəhimoğlu artıq 2010-cu ildə keçiriləcək analoji müsabiqənin hazırlıqlarına başladıqlarını da söyləyib: “Növbəti müsabiqə gələn ilin əvvəlindən elan olunacaq. Biz artıq 2010-cu ildə keçiriləcək müsabiqənin istiqamətlərini də müəyyənləşdirmişik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR