Bank Of Baku

KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqənin nəticələrindən verilmiş apellyasiya şikayətlərinə baxılıb

KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqənin nəticələrindən verilmiş apellyasiya şikayətlərinə baxılıb
# 07 sentyabr 2009 14:27 (UTC +04:00)
Bu barədə APA-ya sözügedən fonddan məlumat verilib. İclasda Fondun 2009-cu il üçün elan etdiyi “KİV-lərə maliyyə yardımı” müsabiqəsinin nəticələrindən narazı qalan bəzi media orqanları və ictimai birliklərin şikayətlərinə baxılıb.

Komissiya üzvləri Fonda şikayət vermiş “Reytinq”, “Xural”, “Türküstan”, “Yeni Xəbər” qəzetlərinin, Müstəqil İnformasiya Agentliyinin (MİA), Reportyor İnformasiya Agentliyinin (RİA.az), “Əks səda” Beynəlxalq Jurnalist Tədqiqatları Mərkəzinin, Regional İnsan Hüquqları və Media Mərkəzinin, Şəmsi Əsədullayev adına Fondun ərizələrinə əsasən, onların müsabiqəyə təqdim etdikləri layihələri, layihələrə verilən ekspert rəylərini bir daha araşdırıb, bu layihələr barədə yekun qiyməti dəyərləndiriblər.

Komissiya üzvləri araşdırmanın obyektiv aparılması üçün şikayətçi tərəfləri də Fonda dəvət edib, layihələr və onlara verilən ekspert rəyləri qarşı tərəfin iştirakı ilə nəzərdən keçirilib. Bu baxımdan sentyabrın 7-də “Reytinq”, “Türküstan”, “Yeni Xəbər” qəzetlərinin, Müstəqil İnformasiya Agentliyinin (MİA), Şəmsi Əsədullayev adına Fondun təmsilçiləri komissiyanın iclasına dəvət ediliblər. “Türküstan” və “Yeni Xəbər” qəzetlərinin, Şəmsi Əsədullayev adına Fondun təmsilçiləri iclasa qatılsalar da, “Reytinq” qəzetinin, Müstəqil İnformasiya Agentliyinin (MİA) və təmsilçiləri dəvətə cavab verməyiblər.

Sentyabrın 8-də isə komissiya “Xural” qəzetinin, “Reportyor” İnformasiya Agentliyinin (RİA.az), “Əks səda” Beynəlxalq Jurnalist Tədqiqatları Mərkəzinin, Regional İnsan Hüquqları və Media Mərkəzinin ərizələrinə baxacaq. Ərizələrə tam baxılandan sonra Komissiyanın yekun rəyi barədə mediaya məlumat veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR