Bank Of Baku

Bir qrup media mənsubu Nəcəf Nəcəfov və Elmar Hüseynovun məzarlarını ziyarət edib

Bir qrup media mənsubu Nəcəf Nəcəfov və Elmar Hüseynovun məzarlarını ziyarət edib
# 08 sentyabr 2009 11:53 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Jurnalistlərin Beynəlxalq Həmrəylik Günü münasibəti ilə bir qrup media mənsubu mərhum həmkarları Nəcəf Nəcəfovla Elmar Hüseynovun məzarlarını ziyarət edib. APA-nın məlumatına görə, 20-dək mətbuat işçisi II Fəxri Xiyabana gələrək mərhum jurnalistlərin məzarları üstünə çiçəklər düzüb və çıxışlar edib. Həbsdə olan jurnalistlərin şəkillərini əllərində tutan ziyarətçilər onların tezliklə azadlığa buraxılmasının vacib olduğunu bildiriblər. Jurnalistlər ölkədə söz və mətbuat azadlığının bugünkü vəziyyəti və mətbuata təzyiqlərdən danışıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR