Bank Of Baku

Salvadorda fotomüxbir qətlə yetirilib

Salvadorda fotomüxbir qətlə yetirilib
# 08 sentyabr 2009 11:55 (UTC +04:00)
Bakı-APA. Salvadorda fotomüxbir qətlə yetirilib. APA-nın xəbərinə görə, bu barədə Beynəlxalq Mətbuat İnstitutundan (BMİ) Beynəlxalq Avrasiya Mətbuat Fonduna (BAMF) bildirilib. BMİ Salvadorun Tonakatepeque bələdiyyəsi ərazisində fransız-ispan əsilli fotomüxbir və sənədli film çəkən Kristian Povedanın qətlindən təəssüfləndiyini bəyan edib. Polis başından çoxlu güllə yarası almış Povedanın cəsədini El Rosario kəndində avtomobildən tapıb.
Qorxmaz jurnalist və rejissor K.Povedanın qətlinə görə dərin kədər hissi keçirdiklərini deyən BMİ-nin direktoru Devid Dədc günahkarların Salvador hökuməti tərəfindən məhkəməyə cəlb olunacağına ümid etdiyini bildirib.
Qeyd olunub ki, K. Poveda 2008-ci ildə çəkdiyi “La Vida Loca” sənədli filmində “Mara 18” quldur dəstəsinin üzvlərinin həyatını yaxından izləyib. Qətlə yetirildiyi gün dəstənin qadın üzvləri ilə fransız moda jurnalı arasında müsahibə təşkil etmək üçün Soyapanqo bələdiyyəsinə yola düşüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR