Bank Of Baku

Əli Həsənov KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə münasibət bildirib

Əli Həsənov KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə münasibət bildirib
# 10 sentyabr 2009 08:52 (UTC +04:00)
APA-nın xəbərinə görə, bunu Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib. KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun həyata keçirdiyi müsabiqənin nəticələrindən narazılıqlara münasibət bildirən şöbə müdiri bunları deyib: “Fond yeni yaranıb, yenicə fəaliyyətə başlayıb. Bəzi çətinliklər mövcuddur. Xüsusən KİV-in təsnif olunmasında müəyyən problemlər var. Hansı KİV Azərbaycanda sözün həqiqi mənasında söz, mətbuat, məlumat fəaliyyəti həyata keçirir, cəmiyyətin şəffaflığını təmin edir, insanları informasiya ilə təmin edir, bunları təsnif etmək açığı müəyyən qədər çətindir. Amma biz quru yerdən başlamamışıq. Azərbaycanda Mətbuat Şurası var, Jurnalistlər Birliyi mövcuddur, ayrı-ayrı KİV-lər neçə illərdir fəaliyyət göstərir. Cəmiyyətdə onların fəaliyyəti ilə bağlı müəyyən məlumatlar mövcuddur”.

Müsabiqəyə qoşulub yüksək nəticə əldə etməyən KİV-in olduğunu qeyd edən Ə. Həsənov onların işlərinə fərdi şəkildə baxıldığını söyləyib: “Düşünürük ki, bugünkü narazılar sabah növbəti qrant müsabiqəsində razı qala, bugünkü razılar isə sabah narazı ola bilərlər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR