Bank Of Baku

Əli Həsənov: “Azərbaycanda iki jurnalistin həbsdə olmasından biz də narahatıq”

Əli Həsənov: “Azərbaycanda iki jurnalistin həbsdə olmasından biz də narahatıq”
# 10 sentyabr 2009 09:36 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Azərbaycanda səfərdə olan ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Mikloş Haraşti ilə Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun görüşündə ölkədə kütləvi informasiya vasitələrinin vəziyyəti müzakirə olunub. APA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında bildirən Əli Həsənov müzakirə olunan məsələlər arasında M. Haraştini narahat edən məqamların da olduğunu söyləyib: “O, iki jurnalistin həbsdə olmasından narahatlığını ifadə etdi. Biz də bu prosesdən rahat olmadığımızı diqqətə çatdırdıq. Amma qeyd etdik ki, qanun qanundur və icra olunur. Biz gələcəkdə Azərbaycanda “Diffamasiya haqqında” qanunun qəbul olunması perspektivlərini də müzakirə etdik. Son zamanlar Azərbaycanda diffamasiya sahəsində mövcud vəziyyət müzakirə olundu və normal qiymətləndirildi, lakin bəzi problemlərin də olduğu bildirildi. Onların aradan qaldırılması istiqamətində ATƏT və Avropanın digər institutları ilə əməkdaşlığın gərəkliliyi qeyd olundu”.

Ə. Həsənov onu da deyib ki, ATƏT nümayəndəsi Azərbaycanda KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılmasını müsbət qiymətləndirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR