Bank Of Baku

Mikloş Haraşti Azərbaycan hökumətini həbsdə olan iki baş redaktoru azadlığa buraxmağa çağırıb

Mikloş Haraşti Azərbaycan hökumətini həbsdə olan iki baş redaktoru azadlığa buraxmağa çağırıb
# 10 sentyabr 2009 10:24 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Mikloş Haraşti Azərbaycana səfərinin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, M. Haraşti Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov, xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev, Ombudsman Elmira Süleymanova ilə görüşlər keçirdiyini, həbsdə olan baş redaktorlar Eynulla Fətullayev və Qənimət Zahidə baş çəkdiyini deyib: “Həbsdə olan bloqgerlər Emin Milli və Adnan Hacızadə ilə də görüşmək istədim, lakin mənə bildirdilər ki, bu, hüquqi səbəblərdən mümkün deyil”.

M. Haraşti keçirdiyi bütün görüşlərdə bloqgerlərin azad edilməsi məsələsini qaldırdığını söyləyib: “Əli Həsənov mənim narahatlığımı bölüşdüyünü və məsələnin prosedur qaydalar əsasında müsbət həll olunacağına inandığını bildirdi”.

ATƏT nümayəndəsi bəyan edib ki, onun ofisi Azərbaycanda jurnalistlərin hüquq-mühafizə orqanları tərəfindən təqib olunmasından narahatdır: “Azərbaycanda media azadlığı praktikasının yaxşılaşması üçün onları təqib etmək yox, media azadlığını qorumaq lazımdır”. M. Haraşti Azərbaycan hökumətini həbsdə olan iki baş redaktoru azadlığa buraxmağa çağırıb.

Qonaq Azərbaycan prezidentinin əvvəllər bir neçə jurnalisti əfv etdiyini xatırladaraq, bu ənənənin davam edəcəyinə ümid bəslədiyini gizlətməyib. O, Azərbaycanda xarici radioların milli efirdən çıxarılmasını plüralizmə zərbə adlandırıb. Bu ilin birinci yarısında media qanunvericiliyinin mənfi istiqamətdə dəyişdirildiyini söyləyən M. Haraştinin sözlərinə görə, Ə. Həsənov böhtana görə cinayət məsuliyyətinə cəlb olunmanın aradan qaldırılmaq üzrə olduğunu deyib: “Bu reallaşsa, Azərbaycan ATƏT qarşısında media sahəsində götürdüyü öhdəliklərin yerinə yetirilməsi istiqamətində çox böyük addım atmış olar”.

Sualları cavablandıran M. Haraşti Azərbaycanda internetin tənzimlənməsi ilə bağlı səslənən təkliflərdən narahatlığını ifadə edərək bunun ağır nəticələr verə biləcəyini qeyd edib: “İnternetə qeydiyyat rejimi tətbiq olunmamalıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR