Bank Of Baku

APA “Hərbi-vətənpərvərlik şüurunun formalaşmasına KİV dəstəyi” layihəsinin icrasına başlayıb

APA “Hərbi-vətənpərvərlik şüurunun formalaşmasına KİV dəstəyi” layihəsinin icrasına başlayıb
# 11 sentyabr 2009 11:34 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov-APA. APA informasiya agentliyi bu gündən “Hərbi-vətənpərvərlik şüurunun formalaşmasına KİV dəstəyi” adlı layihənin icrasına başlayıb. Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə həyata keçiriləcək layihənin müddəti 4 aydır. Layihə çərçivəsində APA-da hərbi vətənpərvərlik tərbiyəsinin təşkili, ordu quruculuğu mövzularında debatların təşkili, həmçinin jurnalistlər üçün ən çox istifadə olunan hərbi terminlərin izahından ibarət kitabın nəşri nəzərdə tutulur. Layihə çərçivəsində hərbi sektorda fəaliyyət göstərən dövlət və qeyri-dövlət təşkilatlarının fəaliyyəti də işıqlandırılacaq. Qeyd edək ki, APA informasiya agentliyi 2004-cü ildən fəaliyyət göstərir. Agentlik Azərbaycan, rus, ingilis, fransız və ərəb dillərində xəbərlər yayımlayır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR