Bank Of Baku

İTV-nin dövlət büdcəsindən maliyyələşdirilməsinin 2014-cü ilə qədər uzadılması barədə qanuna dəyişiklik edilməsi gözlənilir

İTV-nin dövlət büdcəsindən maliyyələşdirilməsinin 2014-cü ilə qədər uzadılması barədə qanuna dəyişiklik edilməsi gözlənilir
# 15 sentyabr 2009 10:49 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Bu gün parlamentin Mədəniyyət Komitəsinin iclası keçirilib. APA-nın məlumatına görə, iclasda komitənin sədri Nizami Cəfərov qurumun yaz və növbədənkənar sessiyalarında görülən işlərlə bağlı hesabatla çıxış edib. O, sessiya çərçivəsində xüsusi bir qanunun qəbul edilmədiyini, lakin bəzi qanunlara əlavə və dəyişikliklərin olunduğunu bildirib.

Millət vəkili xüsusilə televiziyalarda reklamların təqdimatı ilə bağlı vaxt bölgüsünün qanuniləşdirilməsinin əhəmiyyətli addım olduğunu qeyd edib. O, ilin sonunda bunun daha da sərtləşəcəyini qeyd edib. N. Cəfərov 2009-cu ilin payız sessiyası dövründə “Mədəniyyət haqqında” qanunda ciddi dəyişikliklərin edilməsinin nəzərdə tutulduğunu bildirib. Onun sözlərinə görə, bu qanun 10 ildən artıqdır kir, qəbul olunub və hazırda bir sıra dəyişikliklər etməyə ehtiyac yaranıb. Komitə sədri həmçinin ad və soyadlarla bağlı qanun layihəsinin qurumun üzvü Rəfael Hüseynov tərəfindən hazırlandığını və bunu da müzakirəyə təqdim olunacağını qeyd edib.

İclasda parlamentin sosial qanunvericilik şöbəsinin müdiri Adilə Abbasova “İctimai televiziya və radio yayımı haqqında” qanuna bəzi əlavə və dəyişikliklərin nəzərdə tutulduğunu qeyd edib. Onun sözlərinə görə, qanunda 2010-cu ildə İctimai Televiziya və Radionun dövlət tərəfindən maliyyələşməsinin başa çatması nəzərdə tutulur: “Qanun layihəsində teleradionun dövlət büdcəsindən maliyyələşməsinin müddətinin 2014-cü ilə qədər uzadılması nəzərdə tutulur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR