Bank Of Baku

Avropa Şurası gənc jurnalistlər üçün müsabiqə elan edib

Avropa Şurası gənc jurnalistlər üçün müsabiqə elan edib
# 15 sentyabr 2009 13:08 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Avropa Şurası və gənc media müəlliflərinin ən geniş şəbəkəsi olan Avropa Gənclik Mətbuatı (European Youth Press) bütün Avropa üçün jurnalistika müsabiqəsi elan edib. Avropa Şurasının Bakıdakı informasiya ofisindən APA-ya verilən məlumata görə, gənc jurnalistlər, fotoqraflar və video-operatorlar 2009-cu ilin “Avropa sizin düşündüyünüzdən də artıq bir şeydir” mükafatı uğrunda yarışma çərçivəsində 8 mükafat üçün yarışmağa dəvət olunurlar: “Biz istəyirik ki, dəyərlərimizi paylaşan jurnalistlər, fotoqraflar və video-operatorlar Avropa barəsindəki ümumi təsəvvürün (böyük hökumət, beynəlxalq maliyyə və ticarət sazişləri) arxasında nələrin olduğuna nəzər salsınlar və Avropanın bütövlükdə çox zaman nəzərdən yayınan cəhətlərini dərk etsinlər. Biz gənc media mütəxəssislərini stereotipləri atmağa, Avropanın əslində nə uğrunda mübarizə apardığını və 21-ci əsrdə avropalı olmağın nə demək olduğunu göstərməyə çağırırıq”.

Mükafat uğrunda yarışma Avropa Şurasının üzvü olan dövlətlərin vətəndaşları üçün açıqdır. İştirakçıların yaşı 18 ilə 27 arasında olmalıdır. Materialların təqdim edilməsinin son tarixi 6 dekabr 2009-cu ildir. Ən yaxşı materiallar 2009-cu ilin dekabrında elan olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR