Bank Of Baku

Veronika Kotek KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun rəhbərliyi ilə görüşüb - FOTO

Veronika Kotek KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun rəhbərliyi ilə görüşüb - <font color=red>FOTO</font>
# 15 sentyabr 2009 13:28 (UTC +04:00)
Bakı-APA. Avropa Şurasının baş katibinin xüsusi nümayəndəsi Veronika Kotek Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunda olub. Bu barədə APA-ya fondun mətbuat xidmətindən məlumat verilib. AŞ təmsilçisi KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun yaranması məqsədi və fəaliyyəti ilə maraqlanıb.

KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar .Səfərli fondun fəaliyyəti barədə məlumat verib və qonağı maraqlandıran sualları cavablandırıb. Fondun keçirdiyi layihə müsabiqəsi barədə danışan Vüqar Səfərli müsabiqəyə 112 layihə təklifi təqdim olunduğunu deyib: “İlkin araşdırılma zamanı məlum olub ki, 25 layihə sənədi lazımi qaydada tərtib etməmişdir. Ekspertlərə qiymətləndirmə üçün 87 layihə təqdim edilib. Qiymətləndirmədə media və layihələrlə iş sahəsində təcrübəsi olan, respublikada tanınmış 12 ekspert iştirak ediblər. Hər layihəni 3 ekspert qiymətləndirib, qiymətlər ümumiləşdirildikdən sonra 15 layihə zəruri keçid balını toplaya bilməyib. 17 layihə isə ümumilikdə zəruri keçid balını toplasa da, öz istiqamətində digər layihələrdən az bal topladığı üçün qalib ola bilməyib. Təqdim olunan 55 layihə müsabiqənin qalibi olub, onlardan 30-u qəzet, 13-ü informasiya agentlikləri, 6-ı jurnalist təşkilatları və 6-ı digər əlaqəli təşkilatlar kateqoriyasına aiddir”. Vüqar Səfərli fondun ilin sonuna qədər görəcəyi işlər barədə də qonağı məlumatlandırıb. Veronika Kotek görüşdən məmnun qaldığını qeyd edərək belə görüşlərin davam etdirilməsinin vacibliyini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR