Bank Of Baku

Fransa radiosunun Azərbaycanda yayımı məsələsi müzakirə olunub

Fransa radiosunun Azərbaycanda yayımı məsələsi müzakirə olunub
# 17 sentyabr 2009 10:21 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli ilə Fransa səfirliyinin mədəniyyət və əməkdaşlıq məsələləri üzrə attaşesi Lyuk Obri arasında görüş keçirilib. Bu barədə APA-ya MTRŞ-dan məlumat verilib. Görüşdə Fransa radiosunun Azərbaycan ərazisində yayımı barədə müzakirələr aparılıb. Şura sədri Lyuk Obrini maraqlandıran sualları cavablandırıb. L. Obriyə bildirilib ki, Azərbaycan qanunvericiliyi milli tezlikdə xarici radionun yayımına icazə vermir. Lakin Fransa radiosu Azərbaycanda fəaliyyət göstərən kabel şəbəkəsi vasitəsilə yayımlana bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR