Bank Of Baku

KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən maliyyələşən layihələrin koordinatorları üçün treninq keçirilib

KİV-in  İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən maliyyələşən layihələrin koordinatorları üçün treninq keçirilib
# 17 sentyabr 2009 10:32 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən maliyyələşən layihələrin koordinatorları üçün treninq keçirilib. APA-nın məlumatına görə, Müstəqil Hüquq Mərkəzinin ekspertləri tərəfindən keçirilən treninqdə fonddan maliyyələşən layihələrin icrası, sənədləşmə işlərinin aparılması, işçilərin layihəyə cəlbi, maliyyə sənədlərinin hazırlanması qaydaları barədə məlumatlar verilib. Həmçinin layihə koordinatorlarının sualları ekspertlər tərəfindən cavablandırılıb.
Mərkəzin rəhbəri, fondunun eksperti Aydın Kərimov bildirib ki, layihələrin gedişində bəzi problemlər meydana çıxır. Bu da əsasən sənədləşmə işlərinin, maliyyə hesabatlarının düzgün hazırlanmaması və s. kimi məsələlərlə bağlı olur.
Qeyd edək ki, KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu ilə birgə həyata keçirilən layihələr arasında APA-nın «Hərbi vətənpərvərlik şüurunun formalaşmasına KİV dəstəyi» adlı layihəsi də var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR