Bank Of Baku

Dünya Qəzetlər Assosiasiyasının rəhbər şəxsləri Mətbuat Şurasında olublar

Dünya Qəzetlər Assosiasiyasının rəhbər şəxsləri Mətbuat Şurasında olublar
# 23 sentyabr 2009 15:16 (UTC +04:00)
Bakı-APA. Dünya Qəzetlər Assosiasiyasının (WAN) rəhbər şəxsləri – qurumun media azadlığı və inkişafı proqramının icraçı direktoru Mircana Miloşeviç, proqramın rəhbəri Bengt Braun və təşkilatın baş ofisinin rəhbəri Timoti Baldinq Azərbaycan Mətbuat Şurasında (MŞ) olublar. Mətbuat Şurasından APA-ya verilən məlumata görə, şura sədri Əflatun Amaşov qonaqlara MŞ-nin ölkədə media-ictimaiyyət, media-hakimiyyət münasibətlərinin tənzimlənməsi təcrübəsi barədə məlumat verib: “Şuranın başlıca iş prinsipi qəzet, jurnal və informasiya agentlikləri ilə bağlı ictimaiyyətin müxtəlif təbəqələri tərəfindən daxil olan müraciətləri araşdırmaqdan ibarətdir. Bu fəaliyyət kütləvi informasiya vasitələrindən olan narazılıqların məhkəmə müstəvisinə çıxmaması, məsələlərin media müstəvisində həllini tapması baxımından əhəmiyyətlidir. Əlbəttə, problemlərimiz də var. Amma ötən müddət həyata keçirdiyimiz tədbirlər nikbinliyə əsas verir”.
WAN təmsilçiləri çıxışlarında səfərlərindən məqsədin ölkədəki mövcud söz və mətbuat azadlığı mühitinin qəzetlərin fəaliyyət dairəsinə nə kimi təsir göstərdiyini müəyyənləşdirmək olduğunu vurğuladılar. Müzakirələr nəticəsində ümumən Azərbaycanda medianın kasıb struktura malik olduğu barədə ortaq fikrə gəlinib. Qeyd olunub ki, bu, onun hadisə və proseslərə obyektiv yanaşmasında da çətinliklər yaradır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR