Bank Of Baku

Meksikada jurnalist güllələnib

Meksikada jurnalist güllələnib
# 30 sentyabr 2009 12:09 (UTC +04:00)
Bakı-APA. Meksika Radio Qurumunun internet saytının direktoru Norberto Miranda ofisə daxil olan 5 silahlı şəxs tərəfindən qətlə yetirilib. APA-nın xəbərinə görə, bu barədə Beynəlxalq Avrasiya Mətbuat Fonduna (BAMF) Beynəlxalq Mətbuat İnstitutundan (BMİ) bildirilib. Qeyd olunub ki, Miranda bu il Meksikada öldürülən beşinci jurnalistdir.
Məlumatlara görə, Miranda yerli narkotika mafiyasının nümayəndəsi El Cartel de Juarezin törətdiyi cinayət barədə radio-şou təşkil etdiyinə və “El Gallito” təxəllüsü ilə hazırladığı yazıya görə qətlə yetirilib. Mirandanın qətlindən iki gün öncə, müstəqil fotoqraf Ceym Omar Gandara San Martínin cəsədi Kihuahua şəhərində tapılıb.

Qeyd edək ki, 2008-ci ilin aprelində BMİ Beynəlxalq Mətbuat və Söz Azadlığı Missiyası Meksikada jurnalistlərin azad fəaliyyətinə mane olan əsas səbəbləri müəyyənləşdirib. Onlar aşağıdakılardan ibarətdir: mütəşəkkil cinayət, korrupsiya, cəzasızlıq, polis və hərbi qüvvələr tərəfindən birbaşa hücumlar, federal və hökumət qurumları tərəfindən jurnalistlərin təhqir edilməsi hallarının həll edilməsində siyasi istəyin olmaması və jurnalistlərin təhlükəsizliyinin qorunmaması.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR