Bank Of Baku

Qubada jurnalistlər üçün təlim düşərgə proqramı keçirilir

Qubada jurnalistlər üçün təlim düşərgə proqramı keçirilir
# 05 oktyabr 2009 14:31 (UTC +04:00)
Quba. Elbrus Seyfullayev-APA. Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə Quba rayonunda jurnalistlər üçün təlim düşərgə proqramı keçirilir. APA-nın xəbərinə görə, tədbirdə Azərbaycanın kütləvi informasiya vasitələrinin bir qrup əməkdaşı iştirak edir. Düşərgədə Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin sektor müdiri Vüqar Əliyev, APA-nın baş direktoru Vüsalı Mahirqızı və digər şəxslər məruzə ilə çıxış edəcəklər. Tədbirdə jurnalistikanın yaradıcılıq prinsipləri, İnternet jurnalistikası, jurnalist həmkarlığı və s. mövzularda mühazirələr oxunacaq.
Tədbir iştirakçıları Qubada ermənilərin törətdikləri soyqırımı nəticəsində yaranan kütləvi məzarlığı da ziyarət edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR