Bank Of Baku

Qubada jurnalistlər üçün təşkil olunan düşərgə təlim kursu bu gün davam etdirilib

Qubada jurnalistlər üçün təşkil olunan düşərgə təlim kursu bu gün davam etdirilib
# 06 oktyabr 2009 09:42 (UTC +04:00)
Quba. Elbrus Seyfullayev-APA. Gənclər Təşkilatları Milli Şurasının Gənclər və İdman Nazirliyi ilə Qubada birgə təşkil etdiyi jurnalistlər üçün düşərgə təlim kursu bu gün davam etdirilib. APA-nın xəbərinə görə, tədbirdə Gənclər Təşkilatları Mili Şurasının sədri Fuad Muradov, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli, Quba rayon İcra Hakimiyyətinin başçısı Rauf Əbliov, Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin baş məsləhətçi Vüqar Səlimov iştirak ediblər. Bildirilib ki, düşərgə jurnalistlərin peşə biliklərinin artırılması məqsədi ilə təşkil olunub. Təlimlərdə professional media nümayəndələri gənc jurnalistlərin qarşısında məruzə ilə çıxış edəcək, onların bilik və bacarıqlarını təkmilləşdirilməsinə çalışacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR