Bank Of Baku

Ramiz Mehdiyevin Azərbaycan televiziyaları haqqında məqaləsi Mili Teleradio Şurasında müzakirə olunacaq

Ramiz Mehdiyevin Azərbaycan televiziyaları haqqında məqaləsi Mili Teleradio Şurasında müzakirə olunacaq
# 06 oktyabr 2009 12:20 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Sabah Milli Televiziya və Radio Şurasının (MTRŞ) toplantısı keçiriləcək. Bu barədə APA-ya MTRŞ üzvü Qafar Cəbiyev məlumat verib. Onun sözlərinə görə, iclasın əsas mövzusu Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin “Azərbaycan” qəzetində dərc olunmuş “Azərbaycanın efir məkanı: problemlər və vəzifələr” adlı məqaləsi ətrafında müzakirələr keçirməkdir.

MTRŞ-nın monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov isə APA-ya bildirib ki, Şura məqalədə əksini tapan tezislərlə bağlı ciddi monitorinqlərə başlayıb: “Monitorinq şöbəsi telekanallarda milli-mənəvi dəyərlərin qorunması ilə bağlı dəyişiklərin olmasını, irəliyə doğru addımın atılıb-atılmamasını araşdıracaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR