Bank Of Baku

ATƏT-in Bakı ofisinin rəhbəri Azərbaycan Mətbuat Şurasında olub

ATƏT-in Bakı ofisinin rəhbəri Azərbaycan Mətbuat Şurasında olub
# 07 oktyabr 2009 11:31 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. ATƏT-in Bakı ofisinin rəhbəri Ali Bilge Cankorel bu gün Mətbuat Şurasında (MŞ) Şura sədri Əflatun Amaşovla görüşüb. MŞ-dən APA-ya verilən məlumata görə, görüşdə hər iki təşkilat arasında media sahəsindəki əlaqələrin genişlənməsinə, keçid dövrünü yaşayan Azərbaycan mətbuatının problemlərinə, bunların həlli yollarına dair fikir mübadilələri aparılıb.

Ə. Amaşov rəhbərlik etdiyi qurumun yaranma zərurəti, media-ictimaiyyət, media-hakimiyyət münasibətlərinin tənzimlənməsi istiqamətindəki fəaliyyəti barədə məlumat verib. O, MŞ-nin indiyədək ATƏT-in Bakı ofisi ilə əməkdaşlıq təcrübəsindən, reallaşdırılan birgə tədbirlərindən söhbət açıb, bunların əhəmiyyətli cəhətlərini vurğulayıb.

A. Cankorel qarşılıqlı əməkdaşlığın daha da möhkəmlənməsindən Azərbaycan mediasının fayda götürəcəyinə ümidvar olduğunu deyib. Bunun üçün məqsədyönlü layihələrin həyata keçirilmə zərurətinə toxunan ATƏT təmsilçisi konkret fəaliyyət istiqamətləri üzrə işçi qruplarının yaradılmanı vacib sayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR