Bank Of Baku

Azərbaycan Mətbuat Şurasının sədri Avropa Şurası baş katibinin xüsusi nümayəndəsi ilə görüşüb

Azərbaycan Mətbuat Şurasının sədri Avropa Şurası baş katibinin xüsusi nümayəndəsi ilə görüşüb
# 07 oktyabr 2009 11:37 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Bu gün Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov Avropa Şurası baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi Veronika Koteklə görüşüb. MŞ-dən APA-ya verilən məlumata görə, Ə. Amaşov rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Son dövrlər MŞ-yə daxil olan şikayətlərin sayının artmasını müsbət hal kimi dəyərləndirən Ə. Amaşov bu tendensiyanın KİV-lə bağlı məhkəməyə müraciət hallarının azalması ilə nəticələndiyini vurğulayıb: “Mətbuat Şurası əsas missiyalarından birinə uyğun olaraq media-ictimaiyyət, media-hakimiyyət münasibətlərinin tənzimlənməsi istiqamətində də tədbirlər görür. Bu istiqamətdə fəaliyyət KİV-lərimizin üzləşdiyi bir çox problemlərin operativ aradan qaldırılmasına təsirsiz ötüşmür”.

Öz növbəsində, V. Kotek təmsil etdiyi qurumun Azərbaycanda media ilə bağlı fəaliyyətində başlıca cəhətin müstəqil mətbuatın inkişaf etdirilməsi olduğunu deyib. O bildirib ki, Avropa Şurası buna yönələn təşəbbüsləri dəstəkləyir və bu istiqamətdə əməkdaşlığa hazırdır.

Görüşdə diffamasiya ilə bağlı məsələ də müzakirə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR