Bank Of Baku

Qubada jurnalistlər üçün təşkil olunan düşərgədə internet və çap mediası ilə bağlı məruzələr oxunub

Qubada jurnalistlər üçün təşkil olunan düşərgədə internet və çap mediası ilə bağlı məruzələr oxunub
# 07 oktyabr 2009 11:41 (UTC +04:00)
Quba. Elbrus Seyfullayev-APA. Gənclər Təşkilatları Milli Şurasının Gənclər və İdman Nazirliyi ilə Qubada birgə təşkil etdiyi jurnalistlər üçün düşərgə təlim kursu bu gün də davam etdirilib. APA-nın xəbərinə görə, tədbirdə APA-nın baş direktoru Vüsalə Mahirqızı İnternet mediası ilə bağlı məruzə edib. Məruzəçi internet mediası, onun bugünkü vəziyyəti, perspektivləri, problemləri barədə iştirakçılara məlumat verib. V. Mahirqızı internet mediası sahəsində qanunvericiliyin yaradılmasının zəruri olduğunu qeyd edib. Məruzəçi bu medianın statusunun müəyyənləşməsinin vacib olduğunu da bildirib. APA-nın baş direktoru deyib ki, internet mediası media layihələrində iştirak etməlidir. V. Mahirqızı hələlik az istifadəçisi olan internet mediasının gələcəkdə daha çox oxucu auditoriyası toplayacağına inandığını da deyib.
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı isə tədbirdə çap mətbuatının fəaliyyəti, durumu barədə məruzə edib. Baş redaktor qəzetlərin qarşılaşdığı problemlərdən, redaksiyaların iş şəraitindən danışıb, jurnalistlərin suallarını cavablandırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR