Bank Of Baku

ATƏT-in Bakı ofisinin rəhbəri İctimai Teleradioda olub - FOTO

ATƏT-in Bakı ofisinin rəhbəri İctimai Teleradioda olub - <font color=red>FOTO</font>
# 07 oktyabr 2009 15:48 (UTC +04:00)
Bakı – APA. ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilgə Cankorel İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru İsmayıl Ömərovla görüşüb. Şirkətin İctimaiyyətlə əlaqələr və monitorinq şöbəsindən APA-ya verilən məlumata görə, görüşdə ATƏT-lə İctimai Teleradio arasındakı mövcud əlaqələrin daha da inkişaf etdirilməsi və gələcək əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparılıb.

İ. Ömərov ötən dörd ildə əldə edilən uğurlardan və mövcud problemlərdən danışıb: “İctimai Teleradio ötən müddət ərzində uğurlu yaradıcılıq yolu keçib və demək olar ki, milli televiziya statusu qazanıb. Ən başlıcası isə biz yeni demokratik institut kimi cəmiyyət tərəfindən qəbul olunmuşuq”.

Ə. B. Cankorel isə İctimai Teleradionu izlədiyini, kanal haqqında təkcə özünün deyil, ünsiyyətdə olduğu insanların da yüksək fikirdə olduğunu deyib. O bildirib ki, qarşıda reallaşdırılması nəzərdə tutulan bir sıra yeni layihələr var və ATƏT həmin layihələri məhz İctimai Teleradio ilə birgə həyata keçirmək niyyətindədir: “Milli Məclisin də qatılacağı çox böyük bir layihə var. Bu, məişət zorakılığı ilə bağlı layihədir. Məişət zorakılığı bütün dünyada, o cümlədən Azərbaycanda mövcuddur. İlk dəfə olaraq bu məsələ ilə bağlı Azərbaycanda qanun qüvvəyə minəcək. Bu barədə Azərbaycan xalqını məlumatlandırmaq üçün İctimai TV ilə birgə proqramlar hazırlanacaq”.

Sonra qonaq İctimai Teleradionun departament və studiyalarında gündəlik iş prosesi ilə tanış olub, kollektivlə görüşüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR