Bank Of Baku

Mətbuat Şurasında jurnalist Rəfail Nağıyevin anım günü keçiriləcək

Mətbuat Şurasında jurnalist Rəfail Nağıyevin anım günü keçiriləcək
# 07 oktyabr 2009 20:05 (UTC +04:00)
Bakı – APA. Sabah saat 15.00-da Azərbaycan Mətbuat Şurasında respublikanın əməkdar jurnalisti, tanınmış publisist Rəfail Nağıyevin anım günü keçiriləcək. Şuradan APA-ya verilən məlumata görə, tədbirdə mərhum jurnalistin həyat və yaradıcılığı barədə söhbət açılacaq, fəaliyyətinin müasir mediamız üçün örnək ola biləcək xüsusiyyətləri təhlil olunacaq.

Qeyd edək ki, Rəfail Məmmədhüseyn oğlu Nağıyev 1931-ci il oktyabrın 11-də Salyan rayonunda anadan olub. 1954-cü ildə Bakı Dövlət Universitetini məntiq-psixologiya ixtisası üzrə bitirib. Həmin dövrdən jurnalistikaya böyük maraq göstərməyə başlayıb, tezliklə «Xalq qəzeti» (o zamankı «Kommunist» qəzeti) redaksiyasına işə qəbul olunub. Burada kiçik ədəbi işçi, baş ədəbi işçi, məsul katibin köməkçisi və redaktor müavini vəzifələrində çalışıb. R.Nağıyev “Bakı” və “Baku” axşam qəzetləri redaksiyalarının təşkilində yaxından iştirak edib. 1990-cı ilin 20 yanvarında “Səhər” qəzetinin buraxılmasında, nəşrin qanlı yanvar hadisəsinə həsr olunmuş nömrələrinin çapa hazırlanmasında fəal rol oynayıb.

Gözəl tərcüməçi kimi də tanınan R.Nağıyev U.Ovçinnikovun “Sakura budağı”nı, İ.Drutsenin “Payızın son ayı”nı, A.Belyayevin «Amfibiya adamı»nı və digər əsərləri dilimizə tərcümə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR