Bank Of Baku

Milli Televiziya və Radio Şurası radioların monitorinqinə başlayıb

Milli Televiziya və Radio Şurası radioların monitorinqinə başlayıb
# 08 oktyabr 2009 12:45 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Milli Televiziya və Radio Şurası (MTRŞ) televiziyalarla yanaşı, bu gündən 4 radioda monitorinqlərə başlayıb. Bu barədə APA-ya MTRŞ-nın monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov bildirib. Onun sözlərinə görə, monitorinqlər ilk olaraq tok-şou və DJ-lərin çox olduğu ANS ÇM, “Burc” FM, “Anten” FM və 104 FM (“Space”) radiolarında aparılır.

Mərhələlərlə digər radiolarda da monitorinqlərin aparılacağını qeyd edən T. Dadaşov nəticələrin yaxın günlərdə açıqlanacağını bildirib.

T. Dadaşov deyib ki, iş prinsipləri qane etdiyinə və milli-mənəvi dəyərlərin qorunmasına əməl etdiklərinə görə MTRŞ İctimai radio və Azərbaycan radiolarında monitorinqlər aparmayacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR