Bank Of Baku

Qubada jurnalistlər üçün təşkil olunan təlim düşərgə kursu başa çatıb

Qubada jurnalistlər üçün təşkil olunan təlim düşərgə kursu başa çatıb
# 09 oktyabr 2009 12:02 (UTC +04:00)
Quba. Elbrus Seyfullayev-APA. Gənclər Təşkilatları Milli Şurasının Gənclər və İdman Nazirliyi ilə Qubada jurnalistlər üçün təşkil etdiyi düşərgə təlim kursu bu gün başa çatıb. APA-nın xəbərinə görə, bugünkü tədbirdə “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə hakimiyyət-mətbuat münasibətləri mövzusunda məruzə ilə çıxış edib. Azərbaycanda mətbuatın inkişafına dövlət qayğısının həmişə hiss olunduğunu deyən V. Rəhimzadə bu yöndə atılan mühüm addımlardan da danışıb.
Daha sonra tədbir iştirakçıları Qubanın Tarix Diyarşünaslıq, Heydər Əliyev muzeylərində, ermənilərin törətdiyi soyqırımı nəticəsində yaranan kütləvi məzarlıqda olublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR