Bank Of Baku

Rusiyanın Azərbaycandakı səfirliyi gənc jurnalistlər və tələbələr arasında müsabiqə elan edib

Rusiyanın Azərbaycandakı səfirliyi gənc jurnalistlər və tələbələr arasında müsabiqə elan edib
# 09 oktyabr 2009 15:11 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Rusiyanın Azərbaycandakı səfirliyi gənc jurnalistlər və jurnalistika fakültələrinin tələbələri arasında müsabiqə elan edib. Səfirlikdən APA-ya verilən məlumata görə, 30 yaşına qədər olan jurnalist və tələbələr səfirliyə 3 mövzuda yazılar təqdim edə bilərlər. Sayca üçüncü olan müsabiqə üçün “Rusiya-Azərbaycan: sülh və stabillik uğrunda strateji tərəfdaşlıq”, Böyük Vətən Müharibəsinin 65 illiyi ilə bağlı “Böyük Vətən Müharibəsində əldə olunmuş qələbə unudulmazdır” və “Müasir Azərbaycanda rus dilinin rolu” mövzusunda yazılar qəbul ediləcək. Qaliblərə fəxri diplomlar və mükafatlar təqdim olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR