Telekanallar tənqiddən necə nəticə çıxarıb? - SORĞU
Azad Azərbaycan Teleradio Şirkəti (ATV) məqaləyə ilk reaksiya verən telekanal olub. ATV dərhal efirdə olan iki verilişi və online SMS xidmətini bağlayıb və şirkətdə Bədii Şura yaradılmasına qərar verib. Bu gün ATV-də əsasən millət vəkillərindən və tanınmış sənətçilərdən ibarət olan Bədii Şuranın iclası keçirilib. Bədii Şuranın üzvü, millət vəkili Nizami Cəfərovun APA-ya verdiyi məlumat görə, iclasda R. Mehdiyevin məlum məqaləsi və kanalın bundan sonrakı proqram siyasəti müzakirə olunub: “İclasda konkret qərarlar da qəbul olundu. Qərara alındı ki, ATV-nin efirində yayımlanan “Sözüm var” meyxana yarışması dayandırılsın, “Xeyir ola” verişində bəzi düzəlişlər və təkmilləşdirilmələr aparılsın. Mən fikirləşirəm ki, belə Bədii Şuralar digər televiziyalarda da yaradılmalıdır. Televiziyaların efirində belə daxili müzakirələrə böyük ehtiyac var”.
ANS televiziyasının proqramlaşma departamentinin rəisi Rəşad Məmmədov APA-ya bildirib ki, ANS-in efirinin radikal dəyişiklərə məruz qalmasına ehtiyac yoxdur: “ANS-in efirində dəyişikliklərə məruz qala biləcək veriliş yoxdur. ANS TV-nin efirində indiyədək ucuz, aşağı səviyyəli şou verilişlər olmayıb və olmayacaq. Düzdür, bəzən ANS də reytinq ardınca qaçır. Bunu dünyada mövcud olan bütün televiziyalar edir. Amma reytinq dalınca qaçmaq ucuz şou verilişlərin yayılmasına gətirib çıxarmayıb”. R. Məmmədovun sözlərinə görə, Azərbaycan teleməkanında köklü keyfiyyət dəyişikləri yalnız reytinq ölçən təşkilatların bu işə yanaşma tərzləri dəyişəndən sonra mümkün ola bilər. R. Məmmədov müğənni Elnarənin aparıcılığı ilə ANS efirində yayımlanan “El bilir ki” verilişinin yayımının dayanmasına da münasibət bildirib. Onun sözlərinə görə, “El bilir ki” ANS telekanalının deyil, prodakşn şirkətlərindən birinin hazırladığı verilişdir: “ Prodakşn şirkətlərindən biri bu verilişi çəkib ANS-ə təqdim edir. Verilişin efirə getməməsinin səbəbi iki şirkət arasında danışıqların nəticəsidir. Yəni bu sırf istehsalat prosesidir, bunun üçüncü tərəflə bağlılığı yoxdur”.
İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) ictimaiyyətlə əlaqə və monitorinq şöbəsinin müdiri Tahir Məmmədov isə APA-ya bildirib ki, İTV yarandığı gündən milli mənəvi dəyərlərin və milli ənənələrin qorunmasını özünün prioritet istiqamətlərindən biri hesab edib: “Bu gün də həmin siyasət davam etdirilir. Bu siyasəti çoxsaylı tamaşaçı auditoriyası da bəyənir. İndən sonra da bu xətti davam etdirmək şərti ilə proqramların hazırlanmasına daha peşəkar yanaşmanı təmin edəcəyik. Milli maraqlara uyğun proqramları daha keyfiyyətlə hazırlayacağıq”. T. Məmmədovun sözlərinə görə, daim yeni layihələrlə tamaşaçılar qarşısına çıxan İctimai Televiziyanın milli-mənəvi dəyərlərin qorunması ilə bağlı yeni layihələr və proqramlar da təqdim edəcəyi istisna deyil.
“Xəzər” televiziyasının proqram departamentinin baş koordinatoru Billurə Əmirova isə APA-ya bildirib ki, R. Mehdiyevin sözügedən məqaləsindən sonra məqalədə adı çəkilən və televiziyanın efirində yayımlanan “Mix şou” verilişi bağlanılıb: “Digər verilişlərlə bağlı da daha diqqətli olacağıq. Son iradlardan sonra əlbəttə aparıcılardan həm öz səviyyələrini qaldırmaq, , həm də verilişlərinə çağırdıqları qonaqları daha diqqətlə seçmək tələb olunacaq. Onsuz da “Xəzər”in efirində əyləncəli verilişlərin sayı azdır. Biz daha çox maarifləndirici verilişlərə üstünlük veririk. Əyləncəli verilişlərin özləri də müəyyən çərçivələrlə efirə verilir”. B. Əmirovanın sözlərinə görə, ”Xəzər” yarandığı gündən reytinq ardınca qaçmağı qarşısına məqsəd qoymayıb: “Bizim kanalın efirində heç zaman açıq-saçıq səhnələr, açıq-saçıq geyimlər görməzsiniz. Hətta efirə verilən filmlərdə belə səhnələr olduqda biz həmin səhnələri çıxarırıq”. B. Əmirova bildirib ki, Xəzər TV-nin tabeliyində olan Burc FM radiosunun fəaliyyət xəttində də qeyri-adi bir şey yoxdur: “Radio kifayət qədər milli-mənəvi dəyərlərə sayğı nümayiş etdirir”.
“Space” telekanalının icraçı direktoru Kamil Şahverdiyev isə APA-ya bildirib ki, təmsil etdiyi televiziya əyləncəli verilişlərin sayına digər telekanallardan geridə qalır: “Ona görə də “Space”in efirində köklü dəyişiklər nəzərdə tutulmur”. K. Şahverdiyev geniş açıqlamanı MTRŞ-nın oktyabrın 13-də ölkədə fəaliyyət göstərən bütün telekanalların rəhbərləri ilə birgə milli-mənəvi dəyərlər mövzusunda aparacağı müzakirələrdən sonra verə biləcəyini deyib.
Media
“IV Divar” serialı bu gündən etibarən AzTV-də! - VİDEO
MEDİA: “Nexta” kanalı Goranboyda baş vermiş yanğınla bağlı ictimai rəyi çaşdırmağa yönəlmiş məlumat yayıb
Azərbaycanlı jurnalistlər i24NEWS telekanalının redaksiyasını ziyarət ediblər - FOTO
Akko meri Albert Aqarunovun xatirəsinin əbədiləşdirilməsi haqqında sertifikatı qardaşına təqdim edib - FOTO
Xəbər Lenti
KİV: İsrail Dəməşq yaxınlığındakı yaşayış məntəqəsini artilleriya atəşinə tutub
Hakan Fidan Səudiyyə Ərəbistanının XİN rəhbəri ilə bölgədəki vəziyyəti müzakirə edib
Putin: Avropa qoşunlarının Ukraynaya yerləşdirilməsi Rusiya ilə müharibə deməkdir
Səudiyyə Ərəbistanında hücumlardan sonra "Şərq-Qərb" neft kəmərinin işi dayandırılıb
"Beşiktaş" öz meydanında "Erzurumspor"u darmadağın edib
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
Husilər Səudiyyə Ərəbistanının hücumları nəticəsində 44 dinc sakinin öldüyünü açıqlayıb
ABŞ Nümayəndələr Palatasında Rusiyaya qarşı yeni sanksiyalar layihəsi səsverməyə çıxarılacaq
Britaniya kəşfiyyatı: Ukrayna müharibəsində 500 minə yaxın Rusiya hərbçisi ölüb
“Fənərbaxça” İsmail Kartalın komandanın baş məşqçisi postunda qaldığını açıqlayıb
Avropa Komissiyası Ukraynaya “Patriot” raketləri və PUA-lar üçün 6,1 milyard avro ayırıb
Rusiyada yol qəzası nəticəsində 12 nəfər ölüb
Misir Prezidenti Yaxın Şərqdə vəziyyətin sabitləşəcəyinə ümid edir
Yəmən ordusu Moha yaxınlığında husilərin mövqelərinə kütləvi hava zərbələri endirir
İsrail Qəzzada HAMAS-ın iki komandirini öldürdüyünü açıqlayıb
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb
Şuşada Meksikanın Müstəqillik Günü qeyd olunub - FOTO - VİDEO
Rusiyanın Dneprə hücumu nəticəsində 12 nəfər yaralanıb
Husilər Səudiyyə Ərəbistanının 9 hərbi təyyarəsini vurduqlarını iddia edirlər
“Sea Breeze 2026”nın ilk oyununda qalib bəlli olub
“Sea Breeze 2026”: Təmsilçimiz turnirə qələbə ilə başladı - YENİLƏNİB
Gürcüstanda vətənə xəyanətdə ittiham olunan müxalifət lideri saxlanılıb
“Neftçi” “İmişli”ni məğlub edib
Səfirlik: ABŞ-ın qlobal terrorizmə qarşı birgə mübarizəsinə verdiyi töhfələrə görə Azərbaycana minnətdarıq
Diplomatik korpusun nümayəndələri Şuşa şəhərində yaşayış komplekslərini ziyarət ediblər - FOTO
Husilər Yəməndə Qırmızı dənizin sahillərini tam nəzarətə götürüblər
Omanda Körfəz ölkələrinin iştirakı ilə regional toplantı keçiriləcək
Xarici diplomatlar Şuşa qala divarlarını ziyarət ediblər - FOTO
Dövlət şirkətlərinin bazardakı rəqabət prisnsiplərinə uyğunluğu qiymətləndiriləcək
Qırmızı qəsəbədə Roş ha-Şana bayramı qeyd olunur - FOTO
İsmail Kartalın istefası qəbul edilib
Xarici diplomatlar Şuşada Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin güllələnmiş büstlərini ziyarət ediblər - FOTO
FHN-in qurumları arasında səmti müəyyənetmə üzrə çempionata yekun vurulub
Azərbaycanda “rəqabət xəritəsi” hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
Xarici diplomatlar Şuşada “Sadıqcanın evi”ni ziyarət ediblər - FOTO
MM komitə sədri: Çox zaman müəllimlər qız uşaqlarına deyir ki, nə üçün oxuyursan, tez ərə getməlisən
Xankəndidə regional məşğulluq ekosisteminin qurulması məsələləri müzakirə olunub
BMTMM-nin sədrinə 3 müavin təyin edilib - EKSKLÜZİV
M9 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır
Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair Milli Fəaliyyət Planı təsdiq edilib
Fərid Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin sədri təyin edilib
TPAO: “Şahdəniz” Türkiyə və Avropanın qaz təhlükəsizliyinə mühüm töhfə verir
Diplomatik korpusun nümayəndələri Yuxarı Gövhər Ağa məscidini ziyarət ediblər - FOTO
Xarici diplomatlar Cıdır düzündə olub - VİDEO
Leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
Əhalinin yanacaq xərcləri bu il 4%-dən çox artıb
2026-2027-ci il tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib
Baş prokuror Kamran Əliyev Qazaxıstana səfər edib
Xarici diplomatlar Şuşada tikilməkdə olan Yeni Şuşa məscidi ilə tanış olublar - FOTO