Bank Of Baku

MTRŞ sədri: “Azərbaycanın efir məkanında xarici televiziya və radio yayımı ilə bağlı məsələ gündəlikdən çıxmalıdır”

MTRŞ sədri: “Azərbaycanın efir məkanında xarici televiziya və radio yayımı ilə bağlı məsələ gündəlikdən çıxmalıdır”
# 13 oktyabr 2009 10:40 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. “Azərbaycanın efir məkanında xarici televiziya və radio yayımı ilə bağlı məsələ gündəlikdən çıxmalıdır”. Bu sözləri APA-ya açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib. Şura sədri bildirib ki, Azərbaycan qanunvericiliyi milli tezlikdə hər hansı xarici radio və televiziya yayımına imkan vermir: “Ona görə də, bu məsələni bitmiş hesab edirəm” .

MTRŞ sədri radiolarla bağlı aparılan monitorinqin nəticələrini yaxın vaxtlarda açıqlayacaqlarını deyib. Şura sədri, həmçinin son günlər televiziyaların fəaliyyəti ilə bağlı səsləndirilən narazılıqların müsbət nəticə verməyə başladığını qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR