Bank Of Baku

Milli Məclisə “Diffamasiya haqqında” qanun layihəsi təqdim olunub

Milli Məclisə “Diffamasiya haqqında” qanun layihəsi təqdim olunub
# 13 oktyabr 2009 12:02 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisə “Diffamasiya haqqında” qanun layihəsi təqdim olunub. APA-nın məlumatına görə, bu barədə qanun layihəsini Milli Məclisə təqdim edən 6 jurnalist təşkilatından birinin - “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev keçirdiyi mətbuat konfransında məlumat verib. A. Əliyev deyib ki, hazırladıqları “Diffamasiya haqqında” qanun layihəsi 3 fəsil 18 maddədən ibarətdir. Sənəddə diffamasiyaya görə cinayət məsuliyyətinin ləğvi nəzərdə tutulur.

Onun sözlərinə görə, qanun layihəsi hazırlanarkən bir çox Avropa ölkəsinin, o cümlədən Gürcüstan və Şərqi Avropa dövlətlərinin təcrübəsi öyrənilib: “Bu sənədi 6 jurnalist təşkilatı və 400-dən çox jurnalist imzalayıb. Biz hesab edirik ki, qanun layihəsi Milli Məclisin müvafiq komitəsində müzakirəyə çıxarılacaq. Biz jurnalistlərin yazısına görə məsuliyyət daşımasını qəbul edirik, ancaq həbsini yox...”
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR