Bank Of Baku

Azərbaycan Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurası növbəti müsabiqənin nəticələrini açıqlayıb

Azərbaycan Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurası növbəti müsabiqənin nəticələrini açıqlayıb
# 13 oktyabr 2009 14:50 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurası oktyabrın 2-də elan etdiyi layihə müsabiqəsinin nəticələrini açıqlayıb. Bu barədə APA-ya Fonddan məlumat verilib.

Fondun Müşahidə Şurasının qərarı ilə 1-ci istiqamət (Milli mətbuat tarixinin araşdırılması, mətbuat antologiyasının hazırlanması) üzrə «Milli Jurnalistika Konqresi» təşkilatı «Azərbaycan Mətbuat irsinin toplanılması; 2 cildlik Azərbaycan Mətbuat Antologiyasının nəşri və jurnalistlərin maariflənməsi üçün onların istifadəsinə verilməsi», 2-ci istiqamət (Müasir mətbuatın fəaliyyətinin marketinqinin monitorinqinin aparılması) üzrə «Nəcəf Nəcəfov Maarifçilik və Xeyriyyəçilik Fondu» «Azərbaycanda KİV-in iqtisadi müstəqilliyinin təmin edilməsi: problemlərin öyrənilməsi və çıxış yolları barədə təkliflər», 3-cü istiqamət (Jurnalistlərin peşəkarlığının artırılması məqsədi ilə treninqlərin təşkili (dövri mətbuatda işləyənlər üçün)) Mətbuat Şurası «Təlim kurslarının təşkili media peşəkarlığının artırılmasında başlıca amil kimi», 4-cü istiqamət (Jurnalistlərin peşəkarlığının artırılması məqsədi ilə treninqlərin təşkili (televiziya və radio işçiləri üçün)) "Elektron mediaya Yardım Fondu"nun "Teleradio jurnalistlərinin peşəkarlıq səviyyəsinin artırılması" layihəsi qalib elan olunub.

Fonddan o da bildirilib ki, 1-ci istiqamət üzrə 3 layihə, 2-ci və 3-cü istiqamətlər üzrə müvafiq olaraq 1 layihə, 4-cü istiqamət üzrə isə 3 layihə təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR