Bank Of Baku

Azərbaycan mediasının beynəlxalq əlaqələri mövzusunda dəyirmi masa keçirilib

Azərbaycan mediasının beynəlxalq əlaqələri mövzusunda dəyirmi masa keçirilib
# 14 oktyabr 2009 11:23 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Prezident yanında KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən maliyyələşdirilən və Beynəlxalq Avrasiya Mətbuat Fondu tərəfindən həyata keçirilən “Azərbaycanda KİV-in dünya informasiya məkanına çıxışı vəziyyətinin araşdırılması, beynəlxalq media qurumlarının təcrübəsinin öyrənilməsi və onlarla əməkdaşlıq əlaqələrinin qurulması” layihəsi çərçivəsində ilk dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, tədbirdə məruzəçi kimi çıxış edən jurnalist Azər Həsrət Azərbaycanın media qurumlarının beynəlxalq əlaqələrinin olmasının zəruriliyindən danışıb. O bildirib ki, istənilən ölkə haqqında məlumatlar beynəlxalq müstəviyə məhz mətbuat vasitəsilə çıxır: “Biz çalışmalıyıq ki, beynəlxalq təşkilatlara ölkəmiz haqqında düzgün məlumatlar çatdıraq. Bəzən jurnalistikaya aidiyyəti olmayan insanların həbsini “jurnalist həbs edildi” kimi yazıb özümüzə problemlər yaradırıq. Beynəlxalq media təşkilatları ilə sağlam əlaqələr qurulmalıdır”.

Tədbirdə qeyd olunub ki, bu gün Azərbaycanın bir çox media qurumları və jurnalist təşkilatlarının beynəlxalq əlaqələri mövcuddur. Beynəlxalq əlaqələri olan media qurumlarından birinin də APA İnformasiya Agentliyi olduğu vurğulanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR