Bank Of Baku

Milli Televiziya və Radio Şurasının sədri Almaniyaya gedib

Milli Televiziya və Radio Şurasının sədri Almaniyaya gedib
# 14 oktyabr 2009 13:49 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli Avropa Şurasına üzv dövlətlərin televiziya və radio yayımı üzrə tənzimləyici qurumlarının beynəlxalq təşkilatı olan EPRA-nın (European Platform of Regulatory Authorities) oktyabrın 15-17-də Almaniyanın Drezden şəhərində keçiriləcək 30-cu toplantısında iştirak etmək üçün bu ölkəyə gedib. Şuradan APA-ya verilən məlumata görə, toplantıda teleradio sahəsində dövlətlər arasında əməkdaşlıq və qanunvericiliyin təkmilləşdirilməsi məsələləri müzakirə olunacaq.

Xatırladaq ki, EPRA təşkilatı 1995-ci ildə Maltada yaradılıb. Hazırda 42 Avropa dövlətindən 51 tənzimləyici orqan EPRA-nın üzvüdür. MTRŞ 2007-ci ildən təşkilata üzv olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR