Bank Of Baku

KİV-ə Dövlət Dəstəyi Fondu jurnalistlər üçün keçirəcəyi yazı müsabiqəsinin şərtlərini hazırlayır

KİV-ə Dövlət Dəstəyi Fondu jurnalistlər üçün keçirəcəyi yazı müsabiqəsinin şərtlərini hazırlayır
# 16 oktyabr 2009 10:06 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu jurnalistlər üçün keçirəcəyi yazı müsabiqəsinin şərtlərini hazırlayır. Bu barədə APA-ya açıqlamasında fondun icraçı direktoru Vüqar Səfərli bildirib. İcraçı direktor deyib ki, rəhbərlik etdiyi qurum tərəfindən yaxın vaxtlarda jurnalistlərin fərdi qaydada mükafatlandırılması üçün müsabiqə elan olunacaq. Onun sözlərinə görə, hazırda müsabiqənin keçirilmə qaydaları və istiqamətləri müəyyənləşdirilir: “Biz istəyirik ki, hər istiqamət üzrə 3 qalib müəyyənləşsin. Hər qalibə də eyni məbləğdə pul mükafatı verilsin. Bizim qaliblərə verdiyimiz pul mükafatları digər müsabiqələrdəkindən fərqlənəcək. Biz daha yüksək məbləğlər ayırmaq niyyətindəyik” .

V. Səfərli bildirib ki, müsabiqə ilin sonuna kimi yekunlaşacaq və jurnalistlər üçün təşkil olunacaq Yeni İl şənliyində qaiblərə diplomlar təqdim ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR