Bank Of Baku

MTRŞ daha dörd radioda monitorinqlərə başlayıb

MTRŞ daha dörd radioda monitorinqlərə başlayıb
# 19 oktyabr 2009 10:18 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Milli Televiziya və Radio Şurası (MTRŞ) daha dörd radioda -106 FM, 106.3 FM, Media FM və “Lider” radiolarında monitorinqlərə başlayıb. Bu barədə APA-ya MTRŞ-nın ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov bildirib. Onun sözlərinə görə, “Burc” FM, ANS ÇM, “Anten” FM və 104 FM (“Space”) radiolarında aparılan monitorinq artıq başa çatıb. Monitorinqin nəticələri artıq MTRŞ rəhbərliyinə təqdim olunub: “Monitorinqin nəticəsinə əsasən, ciddi pozuntu halları qeydə alınmayıb. Verilişlərin məzmununda, aparıcıların efirdə davranışlarında dəyişiklik hiss olunur. Eyni dəyişikliyi telekanallarda da hiss etmək mümkündür. Amma biz radio və televiziyalardan daha ciddi dəyişikliklər gözləyirik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR