Bank Of Baku

Tehranda 16-cı Beynəlxalq Mətbuat və Xəbər Agentlikləri Festivalı və Sərgisi başlayıb - FOTOSESSİYA

Tehranda 16-cı Beynəlxalq Mətbuat və Xəbər Agentlikləri Festivalı və Sərgisi başlayıb - <font color=red>FOTOSESSİYA</font>
# 20 oktyabr 2009 15:26 (UTC +04:00)
Tehran. Ramil Məmmədli-APA. Bu gün İranın paytaxtı Tehranda 16-cı Beynəlxalq Mətbuat və Xəbər Agentlikləri Festivalı və Sərgisinin açılış mərasimi keçirilib. APA-nın tədbirdə iştirak edən əməkdaşının verdiyi məlumata görə, İranın irşad və mədəniyyət nazirinin müavini Əlirza Məlikian bildirib ki, sərgidə 34 ölkədən 52 mətbuat qurumu təmsiı olunur. Nazir müavini bu il iştirakçıların daha çox olduğunu qeyd edib: "Sərgi 600 pavilyondan təşkil olunub. Ötən illərdəki sərgilərdən fərqli olaraq, bu dəfə tədbirdə İranın 21 universitetinin 1800 mətbu orqanı da iştirak edir".

Ə. Məlikian bildirib ki, tədbirin məqsədi dünya ölkələrinin mətbuat qurumları arasında əlaqələrin inkişafına yardım göstərməkdir.

İranın irşad və mədəniyyət naziri Məhəmməd Hüseyni isə KİV-in cəmiyyətdə rolu və yeri barədə danışıb. O, jurnalsitlərə həqiqi problemlərdən yazmağı, kiçik məsələləri şişirtməməyi də tövsiyə edib.

Sonra mərasim bədii hissə ilə davam etdirilib. Tədbir oktyabrın 27-də başa çatacaq.

Qeyd edək ki, Beynəlxalq Mətbuat və Xəbər Agentlikləri Festivalı və Sərgisi İranda 1993-cü ildən keçirilir. APA İnformasiya Agentliyi isə bu beynəlxalq tədbirdə 2007-ci ildən iştirak edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR