Bank Of Baku

Bakıda Türkdilli ölkələrin jurnalistlərinin toplantısı keçiriləcək

Bakıda Türkdilli ölkələrin jurnalistlərinin toplantısı keçiriləcək
# 20 oktyabr 2009 21:25 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Dünya Azərbaycanlıları Konqresinin (DAK) təşkilatçılığı ilə Bakıda Türkdilli ölkələrin jurnalistlərinin toplantısı keçiriləcək.

DAK-ın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, toplantıya Mərkəzi Asiya respublikaları, Türkiyə, Rusiyanın tərkibindəki türk respublikalarından olan jurnalistlər dəvət olunacaq. Toplantının keçirilməsində məqsəd informasiya mübadiləsindəki boşluqları doldurmaq, türk jurnalistlərin bir-biri ilə əməkdaşlığının zəruriliyi yönündə müzakirələr aparmaqdır. Toplantıda iştirak edəcək jurnalistlərin siyahısı artıq hazırdır və bu tədbirin ilin sonuna kimi keçirilməsi nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR